Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisi keçiriləcək

15:19 11-10-2022 | icon 481 | Təhsil
Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisi keçiriləcək

Oktyabrın 16-da Hilton Otelində Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisi keçiriləcək.

 

Versus.Az xəbər verir ki, sərgi Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dövlət Məşğulluq agentliyinin Mərkəzi Karyera Filialının tərəfdaşlığı və “World” Karyera və Peşə Mərkəzinin birgə  təşkilatçılığı ilə keçirilir.

 

Sərginin keçirilməsində məqsəd, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir.

 

Yeni tədris ilinin başlanğıcında təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər bu sərgidə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında 1 gün boyunca canlı və ətraflı məlumat ala biləcək. Sərgidə öz auditoriyası ilə canlı ünsiyyət qurmaq, daha çox potensial müştəriyə çatmaq və fəaliyyətini genişləndirmək istəyən mərkəzlər iştirak edə bilər.

 

Xarici dil kursları, xaricdə təhsil mərkəzləri, pəşə təhsili məktəbləri, İT və Dizayn kursları, bağçalar, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak edə bilərlər.

 

Sərgi ziyarətçiləri 10:00 – 18:00 aralığında Həm Təhsil Mərkəzlərinin müxtəlif Endirim və Hədiyyələrindən faydalana biləcək,  həm də müxtılif mövzularda keçirilən seminar və təqdimatlarda Ödənişsiz iştirak edə biləcək.

 

Hilton otelinin “Sevda” zalında  keçiriləcək Sərgidə 60 a yaxın Şirkət Öz ziyarətçiləri ilə canlı  ünsiyyət  qura biləcək.

 

Sərginin Rəsmi açılışı 16 Oktyabr 10:00 Hilton Oteli Lazurit zalında keçiriləcək.

 

Açılış mərasimi Tərəfdaşlarımız olan rəsmi dövlət qurumlarının nümayəndələrinin çıxışı ilə başlayacaq və digər  tərəfdaşlarımızın çıxışı ilə davam edəcək.

 

Media Nümayəndələri əvvəlcədən bizə bildirməklə Tədbirdə iştirak edə bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ