Lisey və gimnaziyalara qəbul şərtləri DƏYİŞİR

13:33 12-10-2022 | icon 535 | Təhsil
Lisey və gimnaziyalara qəbul şərtləri DƏYİŞİR

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.

 

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Dəyişikliklər aşağıdakılardan ibarətdir:

 

- Lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq;

- Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq;

- Lisey və gimnaziyalara qəbul, təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq;

- Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.

 

Qeyd edək ki, artıq bir neçə ildir ki lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Belə ki, şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir və sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər. Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyalara qəbul da mərkəzləşmiş qaydada təşkil edilib. Sözügedən imtahanlarda iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib və 2 638 şagird uğur qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ