Magistratura imtahanı ilə bağlı bakalavrların NARAZILIĞI

15:58 18-10-2022 | icon 550 | Təhsil
Magistratura imtahanı ilə bağlı bakalavrların NARAZILIĞI

Ötən il olduğu kimi bu il də magistraturaya hazırlaşan bakalavrlar arasında narazılıq var. İmtahana aylar qalmasına baxmayaraq, sualların çətin olacağı, nəticələrinin aşağı gələcəyini indidən güman edənlər də az deyil. Bu narazılıq xüsusən də humanitar və təbiət elmləri üzrə təhsil alan bakalavrlar arasındadır. Onlar imtahanda çətinlik çəkəcəklərini bildirirlər. Çünki onlar 4 il ərzində ancaq bu elm sahələri üzrə təhsil alıblar.

 

Həmin şəxslər texniki elmlər üzrə təhsil alan bakalavrlar kimi onların da informatika və məntiqdən imtahan verməsinə etiraz edirlər. Bunun ədalətsiz olduğunu hesab edirlər.

 

Bəs görəsən növbəti ildən dəyişiklik ola bilər? Narazılıqları haqlı hesab etmək olar?

 

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə görə, bakalavrların narazılığı haqlı deyil:

 

 

“Bakalavrların narazılığı düzgün deyil. Uzun illərdir ki, bu qayda belədir. Biz orta məktəbdən universitetə imtahan verəndə bütün fənlərdən imtahan olmur. İmtahan ümumi biliyin qiymətləndirilməsi üçündür. İstər humanitar, istərsə də texniki ixtisaslarda oxuyanların informatika və məntiq fənnindən imtahan verməsi normal və təbiidir. İmtahanların fəlsəfəsinə diqqət etmək lazımdır. Əsas məsələ tələbələrin ümumi biliyinin yoxlanılmasıdır”.

 

Deputat qeyd edib ki, hər bir şəxsin informasiya və məntiqi təfəkkürünün yüksək olması vacibdir:

 

“Hesab edirəm ki, o baxımdan informatikanın, məntiqin olması normaldır. Bunlar dünya praktikasında da var. Bunu təbii və normal qarşılamaq lazımdır. Unutmayaq ki, imtahanlar seçim üçündür. Tələbələr içərisində müəyyən bilikləri olanlar seçilib növbəti mərhələdə təhsilini davam etdirsinlər”.

 

Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, qabaqcıl ölkələrdə də bakalavrların bilik səviyyəsi üç istiqamət üzrə ölçülür:

 

 

“Magistr imtahanında əsasən məntiqi təfəkkür, xarici dil və informatikadan imtahan edilməsi ən optimal variantdır. Daha əvvəllər iki mərhələli imtahan təşkil edilirdi və bakalavrlar ikinci mərhələdə ixtisası üzrə imtahan verirdilər. Burada yoxlama prosesinin çətinliyi, cavabların qruplaşması çətin oldu. Təcrübələrdən ortaya çıxan çıxış yolu bu oldu.

 

Məntiqi təfəkkür universitet təhsilində verilmir. Bakalavrın ümumiyyətlə dünyagörüşü ilə əlaqəlidir”.

 

Ekspert irəli sürülən fikrin ədalətli olmadığını söyləyib:

 

“Ədalətli fikir deyil. Çünki onlar topladıqları bala görə müsabiqədən keçiblər. Onsuz da müsabiqə şərtləri eynilik təşkil edir. İmtahan nəticəsinə görə bakalavr ixtisasları müəyyən edilir. Bakalavrların iradı obyektiv deyil. Standartlaşmaq çox çətindir. Ən optimal yol budur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ