Kətan toxumu yağının orqanizmə zərəri

05:45 24-10-2022 | icon 574 | Sağlamlıq
Kətan toxumu yağının orqanizmə zərəri

Son zamanlar insanların müalicə məqsədilə kətan yağına üz tutması bəzi problemlərə səbəb olur.

 
 
Qastroenteroloq Yelena Moroşkina acqarına bu yağı içməyin fəsadlarını açıqlayıb.
 
 
"Səhər acqarına belə yağları içmək orqanizm və həzm sistemi üçün təhlükəlidir.
 
 
İstənilən yağı səhər içdikdə öd kisəsi güclü spazm olur və stimulə olduğundan yığılıb açılır. Bu zaman mədə və 12 barmaq bağırsağın selikli qişası zədələnir, mədəaltı vəz yüklənir.
 
 
Əgər öd kisəsində çöküntü, daşlar varsa, bu zaman onlar öd yollarını tutub, güclü ağrı tutması verə bilər.
Belə xəstəni ancaq əməliyyat gözləyir.
 
 
Yağ içdikdən sonra bu əlamətlər ola bilər: ağızda acılıq, qıcqırma, göynəmə, ürəkbulanma, mədə və qabırğaaltında ağrı.
 
 
Əgər sidikdə tündləşmə, güclü kəsici ağrı, qusma olarsa, təcili xəstəxanaya çatdırılmalıdır.
 
 
Kətan toxumu yağı tərkibinə görə faydlaıdır, amma o hansısa möcüzəvi dərman deyil.
 
 
Yağ qəbizliyi müalicə etmir. Kətan toxumunu üyüdərək salatlara qatıb yemək daha faydalıdır, nəinki onun yağını içmək.
 
 
İstəniln rafinə olunmamış bitki yağını qida ilə az miqdarda, qızdırmadan qəbul etmək lazımdır". /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ