“erməni oyunlarına son vermək lazımdır"-açıqlama

12:37 27-10-2022 | icon 377 | Geopolitika
“erməni oyunlarına son vermək lazımdır"-açıqlama

 

 

“Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”. Yəni Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa olunan yeni yol da açıq olacaq, yox əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycan gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək”.

 

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu son günlər erməni silahlılarının Azərbayacan sərhəddində atəşkəsi yenidən pozmasının qarşısının necə alınması ilə bağlı açıqlamasında deyib.

 

Onun fikirncə, əslində Azərbaycan Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır.

 

“Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır, əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah və sursat keçirmək üçün istifadə ediləcək, xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər”.

 

Politoloq bildirib ki, erməni oyunlarına son vermək lazımdır.

 

“Ermənistanın baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır. Əgər Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır, üstəgəl separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir”.

 

LƏMAN

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır