Özbəkistanda Azərbaycanın Zəfər Günü qeyd ediləcək

10:57 01-11-2022 | icon 579 | Gündəm
Özbəkistanda Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Azərbaycanın 8 noyabr - Zəfər Günü münasibətilə Özbəkistanda tədbir keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Məşhur Məmmədov toplantıda iştirak etmək üçün sabah Daşkənd şəhərinə səfər edəcəklər.

 

Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbul və bayram tədbirinə bu ölkənin dövlət və hökumət nümayəndələri, Ali Məclisin təmsilçiləri, nazirlər, elm və mədəniyyət xadimləri qatılacaqlar.

 

Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söhbət açılacaq, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri barədə məlumat veriləcək.

 

Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan Ali Məclisində, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində və digər bir sıra görüşləri nəzərdə tutulub.

 

Səfər noyabrın 5-də başa çatacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır