Sadəcə 1 stəkanla 5 günə 5 kilo arıqlayın

09:02 08-11-2022 | icon 436 | Sağlamlıq
Sadəcə 1 stəkanla 5 günə 5 kilo arıqlayın

Sağlam və qalıcı şəkildə arıqlamaq üçün düzgün qidalanmaq və idman etmək lazımdır. Bundan əlavə, qısa zamanda arıqlamaq istəyirsinizsə, təbii vasitələrdən istifadə edə bilərsiniz. Limon, cəfəri və su üçlüyünün birləşməsi ilə qısa müddətdə istədiyiniz çəkiyə sahib ola bilərsiniz.

 
 
Versus.Az medicina.az-a istinadən cəfəri detoksunu təqdim edir:
 
 
Cəfəri və limonla arıqlama planlarınız daha tez gerçəkləşə bilər. Cəfərinin tərkibindəki vitaminlər sayəsində maddələr mübadiləsini sürətləndirmək və artıq çəkilərdən xilas olmaq mümkündür. Bundan əlavə, bu müalicə qısa müddətdə qaraciyər yağını aradan qaldıra bilər.
 
 
Limon bağırsaqları təmizləyən ən təbii və təsirli qidalardandır. Cəfəri isə antioksidant bitkidir. Birgə, bu ikisi sidik yolları və digər iltihablarda olduqca təsirli ola bilər. Cəfəri limon detoksu sızanaq və ləkələrin əmələ gəlməsinin qarşısını alır. Həm də dərinizin daha parlaq və canlı görünməsini təmin edir. Cəfəri və limon bir araya gələndə təbii olaraq həzm sistemini tənzimləyir.
 
 
Lazım olanlar:
1 dəstə cəfəri
1 stəkan limon suyu
1 stəkan su
 
Hazırlanması:
 
Cəfəri, limon suyu və 1 stəkan suyu yaxşıca qarışdırıcıdan keçirin. Tərkibləri hamar bir tutarlılığa qədər əzin. Sonra bu qarışığı bir qaba tökün. Hazırladığınızı istədiyiniz zaman içə bilərsiniz.
 
 
Cəfəri və limon dietoloqlar tərəfindən məsləhət görülən, pəhriz siyahılarında əskik olmayan iki möcüzəvi qidadır. Xüsusilə limon yağ yandırıcı xüsusiyyəti ilə çox istifadə edilir. Limon suyu bədəndə yığılan yağların yandırılmasında böyük rol oynayır. Eyni zamanda cəfəri ödemin aradan qaldırılmasında da böyük rola malikdir. Cəfəri və limon qarışığı maddələr mübadiləsini sürətləndirir, arıqlama prosesini daha da asanlaşdırır.
 
 
Təsiri hər orqanizmdə fərqli olsa da cəfəri limon müalicəsi ilə 5 günə 5 kilo arıqlaya bilərsiniz. Təbii ki, bunu qəbul edərkən pəhriz və idman proqramınızı davam etdirməlisiniz. Daha çox arıqlamaq üçün gün ərzində suyun miqdarını da mütləq artırmalısınız.
 
 
Əgər xroniki sağlamlıq probleminiz varsa, cəfəri və limona başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ