“Qarabağ” çətin və güclü rəqibdir”

12:25 09-11-2022 | icon 382 | İdman
“Qarabağ” çətin və güclü rəqibdir”

Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar barədə yerli mətbuata açıqlamasında deyib ki, “Qarabağ” çətin, eyni zamanda güclü rəqibdir”.

 

 

Püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya “Latsio”su istisna olmaqla, digər yeddi mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır:

 

“Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur”.

 

Belçikalı baş məşqçi “köhlən atlar” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb:

 

“Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir”.

 

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib:

 

“Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik”.

 

Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ