Onlara gecələr pərdələri bağlamaq tövsiyə olundu

07:55 11-11-2022 | icon 361 | Maraqlı
Onlara gecələr pərdələri bağlamaq tövsiyə olundu

Britaniyalılara gecələr pərdələri bağlamaq və pəncərələri izolyasiya etmək tövsiyə olunub.

 

Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsinin sədri Con Qammer bununla bağlı sakinlərə çağırış edib.

 

Onun sözlərinə görə, bu, evi isti saxlamaq və elektrik enerjisinə qənaət üçün vacibdir.

 

Qammer həmçinin Maliyyə Nazirliyinin kansleri Ceremi Hanta məktub göndərərək, Britaniya xalqını elektrik enerjisi ödənişlərini azaltmağın yolları ilə bağlı maarifləndirmək üçün ictimai kampaniyaya çağırıb.

 

Qeyd olunur ki, Qammer su anbarlarının istilik izolyasiyası ideyasını irəli sürməyi, həmçinin binalarda quraşdırılmış qazanxana şəbəkəsinə daxil olan suyun temperaturunu endirməyi təklif edib. İqlim dəyişikliyi komitəsinin hesablamalarına görə, bu, xəzinədarlığın enerji dəstəyi tədbirlərində 34 milyon funt sterlinq (təqribən 66,19 milyon manat) qənaət etməsinə gətirə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL