Sobçak geri qayıtdı və üzr istədi

10:08 18-11-2022 | icon 298 | Dünya
Sobçak geri qayıtdı və üzr istədi

Tanınmış rusiyalı teleaparıcı Kseniya Sobçak “Rostex”in rəhbəri Sergey Çemezovdan üzr istəyib.


Versus.az xəbər verir ki, Kseniya Sobçak Telegram kanalında yazıb:

"Həmkarlarımın hərəkətləri Sergey Viktoroviç Çemezova zərər verdiyinə görə təəssüflənirəm və ondan üzr istəyirəm".
 

“Sobçak”ın kommersiya direktoru Kirill Suxanov və “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovski oktyabrın sonunda “Rostex”in rəhbərindən hədə-qorxu ilə tələb etmək ittihamı ilə həbs olunublar. Müstəntiqlərin bildirdiyinə görə, onlar Çemezovdan Telegram kanalındakı böhtan xarakterli yazıları silməyə görə pul tələb ediblər.


Xəbər agentliklərinin mənbələri bildiriblər ki, iş üzrə axtarışlar Sobçakın da evində aparılıb və o, şübhəli statusundadır. Lakin sonradan TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, müstəntiq Sobçakın şübhəli şəxs qismində cəlb edilməsi qərarını ləğv edib, ona şahid statusu verib.


Suxanovun həbsindən sonra Sobçak Rusiyadan Belarus vasitəsilə Litvaya getsə də, ötən həftə geri qayıdıb.

 

Noyabrın 15-də TASS xəbər verir ki, Sobçak “Rostex”in ofisinə gəlib və orada 40 dəqiqəyə yaxın vaxt keçirib. TASS-ın Sobçaka yaxın mənbələri jurnalistin Çemezovla “münaqişənin nizamlanması” məqsədi ilə danışıqlar apardığını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM