Türkiyə qırıcıları havaya qalxdı

17:36 21-11-2022 | icon 298 | Dünya
Türkiyə qırıcıları havaya qalxdı

Hədəflər bir-bir məhv edilir

 

Suriyanın Ayn Əl Ərəb bölgəsindəki PKK/YPG terrorçuları Türkiyənin Qaziantep əyalətinin Karkamış mahalına raket hücumu təşkil edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Versus.Az xəbər verir ki, raket hücumundan sonra Karkamışla üzbəüz Zor Maqar bölgəsi döyüş təyyarələri ilə vurulmağa başlayıb.

 

Belə ki, Türkiyənin sursatla dolu qırıcıları Diyarbəkir 8-ci Əsas Reaktiv Baza Komandanlığından havaya qalxıb. Bundan başqa, yük təyyarələrinin enməsi və qalxması müşahidə edilib.

 

WhatsApp Image 2022-11-21 at 17.28.09.jpeg (44 KB)

 

Digər tərəfdən terror təşkilatı tərəfindən atılan raketlərin yerləşdiyi ünvanlarda araşdırma və zərərin qiymətləndirilməsi işlərinə başlanıb.

 

Raket hücumundan sonra Qaziantep valisi Davud Gül, Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, polis rəisi Mustafa Emre Başbuğ partlayışın baş verdiyi ərazilərdə araşdırmalar aparıblar.

 

WhatsApp Image 2022-11-21 at 17.28.29.jpeg (37 KB)

 

Vali Gül ümumilikdə 10 nəfərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri artıqlaması ilə cavab verməyə davam edir:

“Şəhidlərimiz, yaralılarımız var. Xəsarət alanlara baş çəkir, tədbirlər görürük. Nazirimiz prosesi əvvəldən axıra qədər izləyir. O, hadisə yerinə gələcək. Türkiyə Silahlı Qüvvələri böyük qüvvə ilə cavab verir, atışma davam edir. Prosesi bir qədər səbirlə izləməliyik. Yaralılardan ikisinin vəziyyəti ağırdır". /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM