Şuşa-Xankəndi yolunda aksiyada iştirak edən gəncin təəssüratları

12:58 23-12-2022 | icon 422 | Cəmiyyət
Şuşa-Xankəndi yolunda aksiyada iştirak edən gəncin təəssüratları

 

 

 “Azərbaycan ictimaiyyəti Laçın yolunda etiraz aksiyaları keçirməklə suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı cinayətkarlara qarşı sərt və barışmaz mövqe nümayiş etdirir. Bu etirazlar həm beynəlxalq dairələrə, həm də Qarabağdakı pozucu, talançı qüvvələrə ciddi mesajdır”.

 

 

Versus.az xəbər verir ki, bu barədə aksiya iştirakçısı, ADU-nun III kurs tələbəsi, gənc könüllü Səma Vahabzadə bildirib.

 

S.Vahabzadə qeyd edib ki, Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər və havadarları tərəfindən talan edilməsi dərhal dayandırmalıdır.

 

 

“Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bu durum Azərbaycan xalqı tərəfindən haqqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Son bir neçə gündə Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində baş tutan dinc etiraz aksiyası bunun əyani sübutudur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir”.

 

 

S.Vahabzadə aksiyaya 13 dekabr 2022-ci il tarixində qoşulduğunu deyib. Gənc tələbə Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirməklə, maddi-mədəniyyət abidələrini yer üzündən silməklə, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi, mineral su mənbələrini, meşə fondunu -246,217 hektar meşə sahəsi, 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talan etməsi faktlarına diqqət çəkib.

“Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir təbiət incisidir. Ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtı ilə təbiət möcüzəsini xatırladırdı. Ermənilər işğal dövründə buranı da talayaraq məhv ediblər. Bu gün qədim Şuşa, Topxana meşəsində ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib və əraziyə 100 kiloqram palıd toxumu səpilib.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir sıra göllər–Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Tərtər rayon ərazisində-Tərtərin qolu olan Torağayçay şirin su ehtiyatları da böyük antropogen təsirə məruz qalıb.Ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metr olan Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilərək işğala qədər 79 min hektar əkin sahəsini suvarmağa imkan verirdi. Bu su anbarının taleyi daim təhlükə altında olub. Onun iş rejimini mütəmadi dəyişdirən işğalçı yay aylarında suyun verilməsini, demək olar ki, dayandırıb, qış aylarında isə əksinə, buraxıb. Nəticədə yeddi rayonun təsərrüfatına ciddi ziyan dəyib. İşğaldakı ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalıb. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb.

 

 Bu gün bu haqlı mübarizədə yüzlərlə gənclə bərabər aksiyada iştirak etdiyini deyən gənc tələbə, bundan qürur duyduğunu bildirib.

 

“Tarixi torpaqlarimizin geri qayitmasinda əvəzsiz rolu olan Azərbaycan Respublikasının Prezidenti və Ali Baş komandanı Cənab İlham Əliyev olmaqla, ordumuzun bütün üzvlərinə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qaziləriməzə can sağlığı diləyirəm”. (hafta.az)

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL