“Ömər Faiq Nemanzadə” adlı fotoalbomun TƏQDİMATI

15:30 11-01-2023 | icon 497 | Cəmiyyət
“Ömər Faiq Nemanzadə” adlı fotoalbomun TƏQDİMATI

Tanınmış publisist, naşir, pedaqoq ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan “Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimatı baş tutub.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqlara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

 

Akademik qeyd edib ki, - “Milli Azərbaycan Tarixi Muzeyinin fondları hər il xalqımızın tarixinin və mədəniyyətinin müxtəlif səhifələrini əks etdirən yeni materiallarla zənginləşir. Muzeyin yeni nəşrinə daxil olan Ömər Faiq Nemanzadəyə aid fotoşəkillər dövrün tarixinin öyrənilməsi baxımından maraq kəsb edir. Bəzi şəkillərdə əhəmiyyətli tarixi hadisələr əks olunub”.

 

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçiləri olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar daxildir.

 

Tədqiqatçı-alim Fərhad Cabbarov çıxışında bildirib ki, - “Oxucuların diqqətinə təqdim olunan nəşrdə, təkcə Ö.F.Nemanzadənin və onun ailə üzvlərinin deyil, həmçinin, Azərbaycanın ictimai həyatında, təhsil və maarifində xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə də rast gəlinir. Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, həmçinin, Şəfiqə xanım Əfəndizadənin, Məmmədzəki və Münirə xanım Dursunzadələrin bəzi fotoları da ilk dəfə məhz bu albomda nəşr olunub. Fotoalbomun ərsəyə gəlməsi Ömər Faiq Nemanzadənin öyrənilməsi, dövrünün tədqiqatı baxımından bir təkan oldu.”

 

Sonra prof. Solmaz Rüstəmova-Tohidi, Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsinin müdiri İradə Musayeva, t.ü.f.d. Kamran İsmayılov Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı barədə ətraflı çıxış etdilər və bildirdilər ki, Ömər Faiq Nemanzadə Azərbaycanın, eləcə də bütün türk dünyasının ictimai-siyasi fikir tarixində silinməz iz qoyub.

Həmçinin, Fotoalbomun ərsəyə gəlməsində muzey rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

Sonda qonaqlar muzeyin yeni nəşri olan “Ömər Faiq Nemanzadə” adlı fotoalbomla tanış olublar.

 

Xatırladaq ki, həmçinin Bu il yanvarın 8-də Nicat Həşimzadə və Nəcəf Əsgərzadə tərəfindən Ömər Faiq Nrmanzadənin 150 illik yubileyinə həsr olunmuş “İşığımız sönməyəcək” adlı kitabın da təqdimatı keçirilib. Muzeydə keçirilən tədbirdə müəlliflər bu kitabı Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasına hədiyyə ediblər.

 

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL