Dünya üçün xoş xəbər

20:27 11-01-2023 | icon 404 | Maraqlı
Dünya üçün xoş xəbər

Ozon dəliyi bağlanır

 

Ozon dəliyi bağlanır və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq.

 

Bu barədə BMT-nin himayəsi altında hazırlanan hesabatda bildirilib.

 

Hesabata görə, ozon təbəqəsi bərpa olunur və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq.

 

Hesabat Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin Mühafizəsi Proqramının liderliyi ilə dörd ildən bir dərc edilir və Monreal Protokolu ilə bağlı yeniliklər nəzərdən keçirilir. Hesabatda bildirilib ki, atılan addımlar insanların ozon təbəqəsinə vurduqları zərərin qarşısını ala bilər.

 

Ümumdünya Meteorologiya Təşkilatı, Milli Okean və Atmosfer İdarəsi, Milli Aeronavtika və Kosmos İdarəsi və Avropa Komissiyası tərəfindən dərc olunan və 30 ölkədən 230-a yaxın elm adamının iştirak etdiyi hesabatın nəticələrinə görə, ozon təbəqəsi 1980-ci ildəki göstəricilərinə 2040-cı ildə geri dönəcək. Eyni halın 2045-ci ildə Şimal qütbündə, 2066-cı ildə isə Antarktidada baş verəcəyi qeyd edilir. Proqnozlara görə, ozon təbəqəsindəki dəliyin kiçilməsi sayəsində dünyada qlobal istiləşmənin qarşısının 0,5-1 dərəcəyədək nisbətdə alınması mümkün olacaq.

 

Qeyd edək ki, ilk dəfə 1985-ci ildə Antarktida üzərində ozon təbəqəsində əmələ gələn dəliyin aşkarlanmasından sonra 1987-ci ildə BMT-nin himayəsi ilə Monreal Protokolu imzalanıb. Protokolda ozon təbəqəsinin zədələnməsinə səbəb olan bir çox maddənin istehsalının mərhələli şəkildə dayandırılması, ozon təbəqəsinin mühafizəsinin təmin olunması qarşıya məqsəd qoyulub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ