Nəşriyyatda etirazlar nəticə verdi

17:47 18-01-2023 | icon 1098 | KİV
Nəşriyyatda etirazlar nəticə verdi

“Azərbaycan” Nəşriyyatı bu gün səhər saatlarında qurumun qarşısında keçirilən etiraz aksiyasına münasibət bildirib.

 

Məsələ ilə əlaqədar “Azərbaycan” Nəşriyyatının baş direktorun müşaviri Rövşən Şıxlı APA-ya açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb.

 

Onun sözlərinə görə, "Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması sonuncu dəfə 2017-ci ilin yanvarında olub: 

 

“Bu tarixdən sonrakı müddət ərzində ölkədə kommunal xidmətlərin tariflərinin, nəşriyyatın binasında və ərazisində aparılan təmir-tikinti işləri üçün tələb olunan mal-materialın, nəşriyyatın fəaliyyətində zəruri hesab edilən digər malların qiymətlərinin artımını nəzərə alaraq, bu ilin yanvarından “Azərbaycan” Nəşriyyatında yerləşən otaqların istifadəsinə görə ödəniş haqlarının artırılması nəzərdə tutulmuşdu. Lakin nəşriyyatda fəaliyyət göstərən redaksiyaların maddi vəziyyəti nəzərə alınaraq, onlarla görüş keçirildi, təklifləri nəzərə alındı və nəticə etibarilə, otaqların istifadəsinə görə ödəniş haqlarının artırılmasının hələlik KİV-lərin redaksiyalarına şamil olunmaması məqsədəuyğun hesab edildi. Yəni bundan öncə qiymətlər necə idisə, yenə də eynidir”.

 

Rövşən Şıxlı nəşriyyatdakı şəraitsizlik məsələsinə də münasibət bildirib: 

 

“Bilirsiniz, nəşriyyatın binası böyükdür. Biz də imkan daxilində çalışırıq ki, bu məsələləri yavaş-yavaş aradan qaldıraq. Təbii ki, bu şeylər birdən-birə mümkün deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM