Dinozavrlar quşlar kimi yuvada yaşayırmış

08:35 20-01-2023 | icon 379 | Maraqlı
Dinozavrlar quşlar kimi yuvada yaşayırmış

Hindistanın Narmada vadisində daşlaşmış skeletlər və dinozavr yumurtaları ilə zəngin olan Lamet formasiyasında Təbaşir dövrünə aid dinozavr yumurtaları aşkar edilib.

 

Bu barədə “PLOS One”da məqalə dərc olunub.

 

Bildirilir ki, ümumilikdə 92 yuvada 256 dinozavr yumurtası tapılıb. 

 

Yumurtalarda aşkar edilən bəzi patologiyalar, məsələn, yumurtada yumurtanın olması, zauropod - titanozavrlarının quşlara bənzər reproduktiv fiziologiyaya malik olduğunu və onlarda müşahidə edildiyi kimi, ardıcıl olaraq yumurta qoya biləcəyini göstərir.

 

 

Eyni ərazidə bir neçə yuvanın olması bu dinozavrların bir çox müasir quşlar kimi kolonial yuva saldıqlarını göstərir. Lakin yuvalar arasındakı məsafənin kiçik olması (dinozavrların özləri üçün az yer qoyduğundan) yetkin dinozavrların yeni doğulmuş balalarını tərk etməsi fikrini dəstəkləyib.

 

Müəlliflər hesab edirlər ki, onların tapıntısı titanozavrların (və ümumiyyətlə, dinozavrların) reproduktiv vərdişlərinə yenidən baxmağa imkan verir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ