"Xarici qüvvələrin əlində maşalara çevrilirlər”

 

10:51 04-02-2023 | icon 1332 | KİV
"Xarici qüvvələrin əlində maşalara çevrilirlər”
 

“Azərbaycan mediasında olan şıxslər, subyektlər bu cür oyunların alətinə çevrilməsinlər”

 

“XaricdənAzərbaycana qarşı  çıxış edən məkirli mərkəzlərin  sifarişlərinə, senarilərinə uyaraq ölkə daxilində media qanunvericiliyinin hədəfə alınması yolverilməzdir. İndiki şəraitdə dövlətimizin mövqeyinin güclənməsindən qıcıqlanan, qərəzli mövqelərə söykənən hücumların olduğu heç kəs unutmamalıdır.  Belə qərəzli hücumların və təxribatların artdığı bir şəraitdə medianın hansı önəm daşıdığını da unutmamalıyıq. Hər kəs media sahəsində dövlətçilik mənafeləri naminə məsuliyyətin, məsuliyyətsizliyin də nə demək olduğunu anlamalıdır”.

 

Versus.az xəbər verir ki, bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Azərbaycana qarşı xaricdən idarə olunan cəsus şəbəkələri arasında “informasiya paliqonlarının” yaradılaraq məhz onların vasitəsi ilə bütünlüklə “Media Haqqında Qanunun, Media Reystrinin  hədəfə alınması ilə bağlı açıqlamasında bildirib.

 

“Vətən Müharibəsindən dərhal sonra  dünyada bəlli mərkəzlər tərəfindən Azərbaycanın haqq işini çətinləşdirmək məqsədi ilə ölkəmizə qarşı yönələn müxtəlif səpkili qərəzli, siyasi xarakterli  təzyiqlərin güclənəcəyi gözlənirdi. Çünki Vətən Müharibəsində əldə olunan qələbə həm ərazi bütövlüyümüzün əldə olunmasına, həm də ölkənin mövqeyini dünya miqyasında möhkəmləndirdi.  Dostlar buna sevinsə də, dost olmayanlar müxtəlif istiqamətlərdə dövlətimizə qarşı öz mənfur niyyətlərini tətbiq eləməyə başladılar. İndi Azərbaycan daha güclüdür və belə təzyiqləri neytrallaşdırıb düşmənə qarşı çevirmək imkanlarına malikdir”.

 

A.Quliyev hesab edir ki, son vaxtlar Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş verən terror, media məkanında müxtəlif mərkəzlərə xidmət eliyən cəsus media şəbəkəsinin aktivləşdirilməsi, ölkəmizin ideoloji və  mənəvi əsaslarını hədəf götürən fəaliyyətlərinin ortaya qoyulması, narkoticarətin gücləndirilməsi, Azərbaycanın milli-mənəvi dəyərlərini dağıtmaq üçün ən müxtəlif  təxribatların törədilməsi gözlənilirdi.

 

O, təəssüflə bildirib ki, düşmən mərkəzlərin təsiri ilə xaricdən Azərbaycana qarşı atılan addımlara öz daxilimizdən də dəstək verənlər tapılır. Onun sözlərinə görə, Media Haqqında Qanunun tətbiqindən sonra  bu qanunun və onun Reystri kimi vacib olan məsələnin hədəfə alnmasınada daxili qüvvələrin də iştirak etməsi narahatlıq doğurmaya bilməz:

 

“Birmənalı şəkildə bilmək lazımdır ki, ölkəmizin indiki inlkişaf prosesində ona qarşı təşkil edilən hücumlar xaricdə müəyyən beynəlxalq qüvvələrin maraqları çərçivəsindədir. Gərək Azərbaycan mediasında olan şıxslər, subyektlər  bu cür oyunların, təzyiqlərin hara bağlandığını unutmasın, dövlətçilik əleyhinə olan oyunların alətinə çevrilməsinlər.  Təəssüf olsun ki, içimizdə müəyyən orqanlar, müəyyən şəxslər xarici qüvvələrin əlində maşalara çevrilirlər”.

 

A.Quliyev xatırladıb ki, bu gün ölkəmizdə heç bir jurnalistin, media orqanının taleyinə laqeyd yanaşılmır və heç kim də buna çağırış etmir. Sadəcə olaraq Media Haqqında Qanunu piyar hədəfinə çevirmək əvəzinə, mövcud, hansısa təmayillərə cavab verməyən meyyarların aradan qaldırılması üçün iş aparmaq, ictimai müzakirəyə çıxardıb sağlam mövqelərdən çıxış edərək qanunun təkmilləşdirilməsi mərhələlərində çatışmayan cəhətləri aradan qaldırmaq olar.

 

Onun sözlərinə görə, medianın qanuni əsaslarının təkmilləşdirilməsi prosesində həmişə dövrün müsbət təzahürlərinə və təmaüllərinə cavab verən kriteriyalar müəyyənləşdirilir. Aydın məsələdir ki, Media Haqqında Qanununda  Reystrin tətbiqi və onun üçün nəzərədə tutulmuş prinsiplər kimlərinsə mənafelərinə cavab verməyə bilər:

 

“Məsələn, hər hansı bir jurnalist və yaxud media orqanı Reystrdən qeydiyyatdan keçə bilmirsə və bu hansısa qanunsuzluqdan, qanuna ötəri münasibətdən, bürokratiklikdən, ikilistandartan və sair səbəblərdən irəli gəlirsə, bununla barışmaq olmaz və bunu aradan qaldırmaq lazımdır. Amma nəzərə almaq lazımdır ki, bu cür neqativlər yalnız qanuni normativlərə söykənməklə ortaya çıxır. Kiminsə xoşuna gəlməyən maddəyə görə bütünlüklə Media Haqında qanunu, Media Reystrini qaralamaq, onu bir piyar obyektinə çevirmək qəti şəkildə yolverilməzdir”. (hafta.az)

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM