Türkiyəli geoloqdan zəlzələ ilə bağlı maraqlı AÇIQLAMA

13:57 15-02-2023 | icon 346 | Dünya
Türkiyəli geoloqdan zəlzələ ilə bağlı maraqlı AÇIQLAMA

“Ola bilsin ki, həmin səhər üç zəlzələ olub”

 

Türkiyənin müxtəlif universitetlərindən olan zəlzələ üzrə 13 alim təbii fəlakət zonasına gedərək qırılma xətlərini tədqiq edir.

 

Geoloqlar dörd qrupa bölünərək zəlzələ ilə bağlı hesabat hazırlamaq üçün araşdırmalarını davam etdirirlər.

 

İstanbul Texniki Universitetinin geologiya mühəndisliyi üzrə professoru Hüsnü Serdar Akyüz çox uzun bir qırılma xəttini müşahidə etdiklərini bildirib. O, səhər saatlarında üç zəlzələnin olduğu ehtimalını da dilə gətirib:

 

“Böyük ehtimalla, 1,5 dəqiqə ərzində ard-arda iki zəlzələ olub. Hətta, bəlkə, o səhər üç zəlzələ olub. Çünki qırılan seqmentlərə baxdıqda, həqiqətən, çox uzun bir qırılma xəttində parçalanma görürük. Günorta saatlarında olan zəlzələdə isə Çardak seqmenti parçalanıb. Bu, əlbəttə ki, səhər baş verən zəlzələnin təsiridir. Orada işlərimiz tam olaraq yekunlaşmayıb, amma təxmin edirik ki, 50 kilometrdən çox, bəlkə də, 70 kilometrlik qırılma xətti parçalanıb. Bir az gözləmək lazımdır. İşlərin nəticələrini gözdən keçirək, görək o enerji qırılma xətlərinə nə dərəcədə təsir edib. Çoxmu, azmı? Bir az gözləmək və insanları təşvişə salmamaq üçün diqqətlə danışmaq lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”