İstanbulla bağlı DƏHŞƏTLİ

14:30 20-02-2023 | icon 406 | Dünya
İstanbulla bağlı DƏHŞƏTLİ

“Riskli binalarla da bağlı tədbirlərin görülməsi nəzərdə tutulub”.

 

Bu barədə İstanbul Büyükşehir Bələdiyyəsinin (İBB) baş katibi müavini Buğra Gökçe bildirib.

 

O, İstanbulda baş verə biləcək zəlzələyə qarşı hazırlıqlar, risklərin qiymətləndirilməsi işləri və riskli binalardan təxliyə məsələləri çərçivəsində istanbullulara təklif ediləcək yardım və dəstək kampaniyaları haqqında danışıb.

 

Yoxlama işlərinin 2019-cu ildən bəri davam etdiyini bildirən Gökçe vurğulayıb ki, qeyd edilən binalarda 10 minə yaxın insan yaşayır:

 

“Təhlillərimizə görə, 318 binamız anidən çökə bilər. Bu hətta E sinfi də deyi. 1525 binamız da D və E sinifli yüksək riskli binalar kimi kodlaşdırılıb. Biz də buna əsaslanaraq kirayə yardımının göstərilməsi istiqamətində fəaliyyət planı həyata keçirmək qərarına gəldik. Bu 318 binada 10 minə yaxın insan yaşayır. Həmçinin ikinci mərhələdə 1525 riskli binalarla da bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Mövcud qanunvericilikdə bu yardımlar yalnız ev sahibinə verilir, kirayəçiyə isə yalnız birdəfəlik köçmə yardımı verilir. Kirayəçilərin riskli binaları boşaltmaları üçün də yardım tətbiq edəcəyik. Bunun riskli tikililərin boşaldılması çərçivəsində əhəmiyyətli bir addım olduğunu düşünürük”. /Oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM