“Qarabağ”la oyun ərəfəsində problem

11:35 20-02-2023 | icon 281 | İdman
“Qarabağ”la oyun ərəfəsində problem

Belçikanın “Gent” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində problemlə üzləşib.

 

“Report” xəbər verir ki, bunu komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis ölkə çempionatında “Oud-Heverlee Leuven” üzərində 2:0 hesablı qələbə qazandığı görüşdən sonra zədəlilərin çoxluğundan şikayətlənib:

 

“İndi avrokubok matçı öncəsi çoxlu zədəlimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.

 

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA