Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçürülür

10:20 03-03-2023 | icon 578 | Qarabağ
Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçürülür

Ümumilikdə Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb

 

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.

 

AZƏRTAC xəbər verir ki, bu mərhələdə növbəti 20 ailə, 94 nəfərin öz doğma yurd-tuvalına qayıdışı reallaşır.

 

Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə bu gün köçürülüb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb.

 

Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM