“Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqələri qurmalıdır”

 

11:48 05-03-2023 | icon 468 | Qarabağ
“Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqələri qurmalıdır”
 

 

Xankəndi-Xəlfəli-Turşsu insidenti Qarabağda qanunsuz erməni silahlılarının olması faktını bir daha təsdiqlədi. Belə bir faktın aşkarlanması isə növbəti dəfə Rusiya sülhməramlılarının bu daşınmalara göz yumduğunu deməyə əsas verir.

 

Bunu Versus.az-a politoloq Turan Rzayev erməni separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolundan qanunsuz silah daşınması faktına diqqət çəkərkən bildirib. Onun sözlərinə görə, ermənilər həmin yoldan istifadə edirsə, deməli, bu kimi başqa yollar da var.

Onun sözlərinə görə, bu torpaq yolların aşkarlanması, qanunsuz silah daşınmasının qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir. Bunun üçün isə Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqələri qurmalıdır. Mümkündür ki, rəsmi Bakı Nəzarət Buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artıracaq.

 

“Mümkündür ki, bu insidentdən sonra rəsmi Bakı tələblərini artıracaq: Birincisi, Azərbaycan öz Silahlı Qüvvələrinin bundan sonra Qarabağda istənilən ərazidə yoxlama aparmasını təmin etməlidir. Bunun üçün isə Bakı nəzarət buraxılış məntəqələri qurmaq istiqamətində təzyiqlərini artırmalıdır.

 

İkincisi, Ermənistandan Qarabağa hərbi ləvazimatların, silah-sursatın daşınması Azərbaycan ərazilərində hələ də qanunsuz silahlı birləşmələrin olduğunu göstərir. Prinsip etibarilə Bakı bunu bilsə də, məhz indi onların tərk-silah edilib çıxarılmasını daha ciddi arqumentlərlə tələb edə bilər. Söhbət təkcə hərbçilərdən, həm də Qarabağda separatçı tör-töküntüləri təmsil edən, “polis” və s. şəxslərdən gedir”.

 

 

T.Rzayev bildirib ki, insidentdən sonra həm Azərbaycan Müdafiə Nazirliyinin - “Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin- “Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir” bəyanatları ilə çıxışı təsadüfi ola bilməz.

 

“Diqqətçəkən məqam isə hər iki nazirliyin oxşar bəyanatla çıxış etməsi və sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsi məsələsini qabartması oldu.

 

Nazirliklərin verdiyi oxşar bəyanatlar rəsmi Bakının həm hərbi, həm də diplomatik müstəvidə real mövqeyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Bakının tələbləri gerçəkləşməyəcəyi təqdirdə hərbi varianta əl atıla bilər.

 

Azərbaycan Silahlı Qüvvələrinə bu istiqamətdə müvafiq göstərişlərin verilməsi istisna deyil. Hətta son insidentdən sonra Bakının tələbləri yerinə yetirilməsə, antiterror əməliyyatları başlaya bilər”.

 

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM