Əziz Səncər adına tədqiqat mükafatı təsis olunub

13:53 03-04-2023 | icon 228 | Cəmiyyət
Əziz Səncər adına tədqiqat mükafatı təsis olunub

Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in fəxri doktoru Əziz Səncər adına tədqiqat mükafatına sənəd qəbulu elan olunur.

 

Universitetdən verilən xəbərə görə, mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub. Müsabiqəyə UNEC əməkdaşlarının qida təhlükəsizliyi, qida elmləri və texnologiyası, biokimya, mikrobiologiya, biotexnologiya sahələri üzrə dərc edilmiş elmi məqalələri qəbul olunur. Mükafat fondu 10 000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan 30 iyun tarixinədək qəbul edilir. Mükafata təqdim edilən əsərlər müsabiqə komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

 

Müsabiqəyə WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda dərc edilmiş monoqrafiyalar, “Web of Science” bazasında Q1 və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr qəbul olunur. Təqdim olunan məqalədə müəllifin UNEC əməkdaşı olduğu qeyd edilməlidir.

 

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”