Şəhid hərbçimizin övladları ilə FOTOSU

09:23 12-04-2023 | icon 992 | Şəhidlər və şahidlər
Şəhid hərbçimizin övladları ilə FOTOSU

Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur.

 

Versus.Az xəbər verir ki, ordu sıralarında qürursuz xidmət aparan hərbi qulluqçu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. 

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-cü illərdə Maliyə fakültəsində təhsil alıb.

 

Şəhid hərbçimizin Nizami adlı oğlu və Humay adlı qız övladı yadigar qalıb. O, 44 günlük Vətən müharibəsində aktiv iştirak edib və jurnalist İlham Tumasla döyüş yoldaşı olub.

 

"Şəhid olan qardaşlarımızdan Vidadi Zalovla Vətən Müharibəsində bir yerdəydik. Ölümün gözünə dik baxan qardaş idi", - jurnalist sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhadətə yüksələn hərbçilərimiz bu gün son mənzilə yola salınacaq. 

 

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

 

     

    Xəbər lenti

    InvestAZ

    Ən çox oxunan xəbərlər

    Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

    “Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

    Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

    Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

    ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

    Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

    Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

    İqtisadi tarazlıq nə zaman pozulur?

    Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

    Ögey anadan ŞOK ƏMƏL

    İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

    Mədəniyyət AFİŞASI

    İsmayıl Osmanlı - 122

    İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

    Tarixi dostluq və mehriban qonşuluq