“Mançester Yunayted”in 114 il sonrakı “özünəqəsd”i

12:21 14-04-2023 | icon 175 | İdman
“Mançester Yunayted”in 114 il sonrakı “özünəqəsd”i

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Sevilya” ilə 2:2 hesablı heç-heçə edib.

 

İngilislər oyunun gedişatında iki top fərqi ilə üstünlük qazansalar da, son dəqiqələrdə Trayrel Malasiya və Hari Maquayrın avtoqolları ilə qələbəni əldən veriblər.

 

“Qırmızı şeytanlar” avrokuboklarda iki dəfə öz qapısına qol vuran ikinci İngiltərə komandası olub. Daha əvvəl “Çelsi” 2009-cu ildə “Ayaks”la qarşılaşmada bu aqibətlə üzləşib.

 

Bundan başqa, “Mançester Yunayted”in oyunçuları rəsmi oyunlarda sonuncu dəfə 1979-cu ildə “Norviç”lə qarşılaşmada iki avtoqola imza atıblar.

 

Doğma meydandakı matçlarda isə sonuncu “özünəqəsd” 114 il əvvəl - 1909-cu ildə “Blekbern”lə qarşılaşmada qeydə alınıb. Həmin zaman Riçard Holden və Oskar Linkson qapıların yerini səhv salıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM