Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub

 

14:50 14-04-2023 | icon 193 | İdman
Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub
 

Aprelin 16-da Voleybol Mərkəzində kişi voleybolçular arasında ölkə birinciliyinin I Liqasında final qarşılaşması keçiriləcək.

 

Bu barədə Versus.az-a Gənclər və İdman Nazirliyindən bildirilirb.

 

Verilən məlumata görə,  finalda “Express” və “Təhsil” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq.

Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut" həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

I Liqa (kişilər)
16 aprel
Final
12:30 “Express” - “Təhsil”
Yarışın bağlanış mərasimi

Oyunların nəticələri
I Liqa (kişilər)
Bürünc medal uğrunda
“Hərbi İnstitut” - “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)

I Liqa (qadınlar)
Bürünc medal uğrunda
"Ryuqa" - "Murov-2" 3:2 (25:22, 23:25, 25:23, 10:25, 15:9)
Final
"Xarı bülbül" - "Azərreyl-2" 3:1 (25:22, 25:19, 15:25, 26:24)

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM