İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkir?

11:01 20-04-2023 | icon 274 | Mədəniyyət
İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkir?

“İsrailin “Keshet International” şirkəti 2-ci Qarabağ müharibəsində ağır yaralanmış Azərbaycan əsgəri haqqında film çəkməyi planlaşdırır”.

 

Bu barədə “Trend”ə şirkətin nümayəndəsi və “Yentas in the City” podkastının rəhbəri Ester Eti El-Kis Mizrahi deyib.

 

Onun sözlərinə görə, film İsraildən səkkiz nəfər cərrahın görmə qabiliyyətini itirmiş əsgərin gözünə buynuz qişa köçürmək üçün necə Azərbaycana gəldiyinə əsaslanacaq. Süjetə görə, buynuz qişa İsraildə bir ailə tərəfindən bağışlanır.

 

Şirkət nümayəndəsi, həmçinin gələcəkdə növbəti nümayəndə heyətlərinin tərkibində Azərbaycana səfər etmək istədiyini bildirib.

 

O, həmçinin əlavə edib ki, dünya birliyinin Azərbaycanın gözəlliyini görməsi çox vacibdir.

 

Qeyd edək ki, aprelin 19-da ABŞ və İsrail nümayəndələrindən ibarət heyətlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

 

Səfərin təşkil olunmasının əsas məqsədi Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə, o cümlədən İsrail və ABŞ ictimaiyyətinə çatdırılmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq