Xankəndi yolundan son GÖRÜNTÜLƏR

14:28 01-05-2023 | icon 305 | Qarabağ
Xankəndi yolundan son GÖRÜNTÜLƏR

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırdıqları ərazidən son görüntülər yayılıb.

 

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

 

Belə ki, ərazidə Rusiya sülhməramlılarına məxsus maşın və Azərbaycan hərbçiləri dayanıblar.

 

Qeyd edək ki, aprelin 28-də azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını müvəqqəti dayandırıblar.

 

Aksiyaçılar bildiriblər ki, tələblərinə qismən nail olduqlarından, eləcə də dövlət nümayəndələri tərəfindən onlara dəfələrlə edilən müraciətləri nəzərə alaraq, həmin gün saat 18:00-dan etibarən etiraz aksiyasını müvəqqəti dayandırıblar:

 

“Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu özümüzdə saxlayırıq!”. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq