Qocalma prosesi necə baş verir?

23:30 15-05-2023 | icon 268 | Maraqlı
Qocalma prosesi necə baş verir?

Mitoxondriya hüceyrələrimizə enerji daşıyan tədarükçü “stansiyalardır”.

 
 
Hər bir insanın orqanizmində milyardlarla mitoxondri var. Çox enerji tələb olunduğu yerdə, yəni ilk növbədə əzələlərdə, beyində və həmçinin qaraciyərdə minlərlə kiçik elektrik stansiyaları yerləşib. Mitoxondriyalar insan yaşlandıqca fəaliyyətini itirirlər.
 
 
Həkim İqor Strokovun sözlərinə görə, hüceyrə elektrik stansiyası tam sürətlə işləmədikdə, istismardan çıxarılır, təkrar emal olunur. Bəzən mitoxondriyanın yalnız sınıq hissələri məhv olur, qalanları fəaliyyətini davam etdirir.
 
 
Ancaq getdikcə yenilənmə pozulduqca, sağlam mitoxondriyaların sayı azalır.
 
 
Zəifləmiş elektrik stansiyaları artıq çoxlu sayda sərbəst radikalların öhdəsindən gələ bilmir. İndi onlar hüceyrə divarlarına, fermentlərə və DNT-yə hücum edə bilər.
 
 
Deməli, əzələlərin, beynin, gözlərin, qulaqların, qaraciyərin enerji çatışmazlığından necə zəiflədiyini müşahidə edə bilərik.
 
 
Hüceyrə bioloqlarının yeni kəşfləri ümidvericidir. Onlar bir tərəfdən sübut edə bildilər ki, müntəzəm məşq əzələ hüceyrələrində, hətta yaşlı insanlarda da mitoxondriyaların sayını artırır.
 
 
Eləcə də nikotinamidin, köhnə B3 vitamininin hüceyrələrin ömrünü uzatdığı sübut olunub.
 
 
Vitamin B3 siçanlarda mitoxondriyaların ömrünü uzadıb. Ürək, qan dövranı, əzələlər və şəkər mübadiləsi yaxşılaşlb və iltihabı azaldıb. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Yeni ixtisaslarla bağlı MEYARLAR

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ