Stallonedən xanımına şikayət etdi

13:21 16-05-2023 | icon 759 | Film
Stallonedən xanımına şikayət etdi

“Qarşısıalınmazlar” (“The Expendables”) filminin çəkilişləri zamanı Hollivud aktyoru, “Rokki 4” və “Universal əsgər” filmlərinin ulduzu Dolf Lundqrenlə həmkarı, amerikalı aktyor və kinorejissor Silvester Stallonenin sözləri dəfələrlə çəp gəlib, hətta bir dəfə onu vurmaq istəyib.

 

Bu barədə Lundqrenin özü danışıb.

 

Aktyorun sözlərinə görə, Stallone filmin səhnələrinin birində ona qarşı çox sərt davranıb, bütün çəkiliş qrupunun qarşısında ona qışqırıb və 20-yə yaxın dubla məcbur edib. Həmin vaxt nahar fasiləsindən sonra həyat yoldaşıyla telefonla danışan Lundqren: “Silvester bir dəfə də söz desə, onu “söndürəcəyəm”, - deyib.

 

Lakin Stallone Lundqrendən üzr istədiyi üçün dava olmayıb.

 

Lundqren etiraf edib ki, illər ərzində onların dəfələrlə sözləri çəp gəlib.

 

“Ancaq nə deyə bilərəm, o, dəlisov italyandır. Düşünürəm ki, o, mənim ona həmişə hörmət etdiyimi və sevdiyimi bilir. Düşünürəm ki, buna görə də biz hələ də dostuq”, - deyə aktyor vurğulayıb.

 

Qeyd edək ki, “Qarşısıalınmazlar”ın ilk seriyası 2010-cu ildə işıq üzü görüb. Film dərhal populyarlıq qazanıb, çünki burada aparıcı Hollivud aktyorları, o cümlədən Silvester Stallone, Ceyson Stethem, Miki Rurk və Dolf Lundqren rol alıblar. Franşizanın süjeti müxtəlif tapşırıqları və xüsusi əməliyyatları yerinə yetirən muzdluların elit qrupu ətrafında qurulub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”