Maya dəyərindən ucuz mənzillər satışa çıxarıldı

09:49 24-05-2023 | icon 440 | İqtisadiyyat
Maya dəyərindən ucuz mənzillər satışa çıxarıldı

Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin satışı davam edir.

 

Xezerxeber.az-ın məlumatına görə, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Adil Əkbərov deyib ki, Bakıda satışa çıxarılan mənzillər dövlət sifarişi ilə tikildiyinə və torpaq dövlət tərəfindən təmin olunduğuna görə maya dəyəri aşağı olub.

 

Buna görə də bu mənzillər bazar dəyərindən xeyli aşağı qiymətə təklif edilir. Həmin mənzillərin bir kvadratmetri Samuxda 435 manatdan, paytaxtda isə 600 - 800 manatdan başlayır.

 

Bu mənzillərin satışı iyulun 20-dək davam edəcək.

 

Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi bildirir ki, şəhid ailələrinin mənzil təminatı da davam etdirilir. Bu ilin əvvəlindən 260 şəhid ailəsinə mənzillər təqdim olunub. Digər şəhid ailələrinin mənzil təminatı üçün də işlər həyata keçirilir. Bununla bağlı artıq açıq tender elan edilib.

 

Şəhid ailələri üçün artıq Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ