Çinin müharibəni dayandırmağa imkanı var, ancaq

11:47 26-05-2023 | icon 413 | Dünya
Çinin müharibəni dayandırmağa imkanı var, ancaq
 
 
 
Rusiyanın Baxmut şəhərini işğal etməsi müharibəni uzadacaq. Ukrayna bu şəhəri itirsə də, əks-hücum əməliyyatlarından imtina etməyib. Belə vəziyyətdə tərəflər arasında danışıqlar real deyil. Türkiyə müharibəni dayandırmaq üçün bir ara vasitəçi kimi çıxış etsə də, müharibənin artan şiddəti qarşısında geri çəkildi. İstanbulda bir neçə görüş keçirilsə də, nəticə əldə olunmadı. Ankaranın vasitəçiliyində əsas uğur “taxıl anlaşması” oldu. Ancaq anlaşmanın hər dəfə uzadılmasına ehtiyac yaranır ki, danışıqlar çətin irəliləyir.
 
 
Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu rəhbəri olduğu "Atlas" Araşdırmaları mərkəzinin apardığı təhlillərə əsasən bildirib.
 
Mərkəzin apardığı aaraşdırmalara görə, Pekin Ankaranın yerini tutmağa çalışır.
 
Çin lideri Tsi Cinpin Rusiyaya iki günlük səfərindən bir müddət sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışdı. Ancaq vasitəçi olmaq üçün bu kifayət etmir. Bu səbəbdən Tsi Cinpin Kiyevə nümayəndəsini göndərdi. Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huin Kiyevdə müzakirələr apardı. Çinli diplomat Kiyevdən sonra Ukraynadakı müharibənin həlli yollarını tapmaq məqsədilə Polşa, Fransa, Almaniya və Rusiyada da müzakirələr apardı. Li Huin vaxtilə Çinin Rusiyada səfiri olub.
 
Pekinin bu təşəbbüslərinə baxmayaraq, nəticə yoxdur. Pekinin müharibənin dayandırılması üçün bir neçə ay əvvəl hazırladığı 12 bəndlik təkliflər paketi işə yaramadı. Bu təkliflərin ən böyük qüsuru Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsinə dair bir cümlənin belə olmamasıdır. Qərb ölkələri Pekinin səmimiyyətinə inanmırlar. Fransa prezidenti Emmanuel Makronun Ukrayna müharibəsinə görə Rusiyanın faktiki olaraq Çinin vassalına çevrildiyini bildirib. «Böyük yeddilərin» Yaponiyadakı toplantısında liderlər Çinə çağırış edərək, müharibənin dayandırılması məqsədilə Pekinin Kremlin siyasətinə təsiri vacibliyini vurğulayıblar. Pekinin isə müharibənin və işğalın dayandırılması məqsədilə Kremlə təsir etmək fikir yoxdur. “Böyük yeddilər” hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin müharibəni dayandırmağa imkanı var, ancaq Pekin bu imkandan istifadə etmək istəmir.
 
 
Vaşinqton və Brüssel Pekinin Rusiya ilə Ukrayna arasında vasitəçi olmasına imkan verməyəcəklər. Kiyev Çinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini müsbət qiymətdirsə də, Ukrayna Qərbin maliyyə və hərbi yardımından asılı vəziyyətdədir. Kiyev Vaşinqton və Brüsselin rəyini nəzərə almaq məcburiyyətindədir.
 
 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”