Millət vəkili maaşların nə qədər artacağını AÇIQLADI

17:08 09-06-2023 | icon 576 | İqtisadiyyat
Millət vəkili maaşların nə qədər artacağını AÇIQLADI

“Bu ilin ilk rübündə orta aylıq əməkhaqqında 11,4 faiz artım qeydə alınıb”.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığı barədə fikirlərini şərh edərkən “Trend”in suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

 

Deputatın sözlərinə görə, 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq.

 

“2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqındakı artım tempi davam edir. Bu ilin ilk rübündə orta aylıq əməkhaqqı 11,4 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, bütövlükdə 2023-cü ilin növbəti aylarında əməkhaqqı artımlarının davam edəcəyini proqnozlaşdırırıq. Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əməkhaqqının artırılması ilə bağlı qərar və eləcə də bir sıra sektorlarda əməkhaqqının artırılması ölkə üzrə əməkhaqqına təsir göstərdi.

 

Bu baxımdan təbii ki, bizim də 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq. Ortaq aylıq əməkhaqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımından çox vacibdir.

 

Digər bir tərəfdən, pensiyaların indeksasiyalarında istifadə olunan rəqəmlərdir. Bu, o deməkdir ki, 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya olunaraq artırılacaq. Ona görə də əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”, - deyə V.Bayramov əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM