Deputat taksilərlə bağlı cərimələrin artırılmasını məqbul saymır

13:40 23-06-2023 | icon 675 | Sosial
Deputat taksilərlə bağlı cərimələrin artırılmasını məqbul saymır

Tahir Kərimli: “Cərimələr artrsa, qiymətlər də artacaq”

 

 

“Taksi fəaliyyətinin hüquqi tənzim edilməsi, müəyyən aparatların qoyulması, yol kilometrajın, qiymətin ölçülməsi ilə bağlı müzakirə olunan qanun hüquqi nöqteyi nəzərdən faydalıdır. Amma taksilərlə bağlı cərimələrin artırılması və digər məsələlər məni narahat edir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Tahir Kərimli son günlər taksi fəaliyyəti ilə bağlı sosial sferada yaranan narahatlıq və müzakirə olunan qanunun əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Deputat vaxtilə Bakıda olan 50 min butkanın sökülməsi ilə bağlı sosial narazılığı qeyd edərək, hələ o zaman da “bununla 50 min ailənin çörəyi kəsildi” deyə narazılığını ifadə ediyini deyib:

 

“O zaman da mən etiraz etdim ki, yerlərdə insanlara çörək qazanmaları üçün imkan yaradılmadıqca, butkaların ləğvi o sahədə çalışan insanların çətin duruma düşməsinə təsir edəcək. Biz bunu etməklə insanların çörəklərini kəsdik”.

 

Deputat indi də hesab edir ki, tam hüquqi tənzimetmə olmasa da, cərimlərin artırılmasını istər taksi sürücülərinin fəaliyyəti, istərsə də taksidən istifadə edənlərə xeyli dərəcədə təsir göstərərcək:

 

“Çünki cərimələr artrsa, qiymətlər də artacaq. Bu da hamıya təsir edəcək. Ona görə də, cərimələrin artmasını indiki zamanda real hesab etmirəm”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM