Daha bir futbolçu ilə yollar ayrıldı
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Əyalət təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rafael Utziq komandanı tərk edib.
27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub. Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.
Xəbər lenti
Füzuliyə qayıdış davam edir
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür