Nazilə Səfərli qəzəbləndi

18:39 25-07-2023 | icon 343 | Şou-biznes
Nazilə Səfərli qəzəbləndi

 

"Məndən görüntülü üzr istəyəcək”.

 

Bunu açıqlamasında şairə Nazilə Səfərli rəqqasə Fatimə ilə aralarında olan məhkəmə qərarından danışarkən deyib. 

 

O bildirib ki, ilk gündən Fatiməyə qarşı qaldırdığı məhkəmə işində qarşı tərəfə olan tələbləri dəyişilməz qalıb: 

 

“Məhkəmə mənim xeyrimə qərar verib. Tələbim dəyişməz qalır, heç nə dəyişməyib. Görüntülü üzr istəyəcək, tələb etdiyim təzminatı da ödəyəcək. Rəqsə yeni gələn və maddi vəziyyəti zəif olan qızlara rəqs paltarı alacağam. Onların hər birinə milli geyimlər alacağam. Böhtan atmaq pis bir şeydir. Mənə ünvanlanan ifadəni bağışlamıram. Hələ mən insanlıq elədim, dedim ki, səhv yoldasan, geri dön. Dönə-dönə dedim ki, ünvanıma dediyin ifadələrə görə məndən üzr üstə. İndi qanun qarşısında cavab verəcək. Mən uşaq deyiləm ki, oturduğum yerdə məni təhqir edir.  Onun adını çəkməmişəm. Niyə hər deyilən sözü özünə götürür?” 

 

Qeyd edək ki, şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında baş verən məhkəmə prosesi davam edir. Məhkəmədə uduzan Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib. Amma bu dəfə də proses Nazilə Səfərlinin xeyrinə yekunlaşıb.

 

Xatırladaq ki, Nazilə Səfərli məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq”. /Qaynarinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM