Maribor-2023: Azərbaycanın  bayraqdarları müəyyənləşdi

12:03 31-07-2023 | icon 284 | İdman
Maribor-2023: Azərbaycanın  bayraqdarları müəyyənləşdi

 

GİN-dən Versus.az-a verilən məlumata görə. Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin adlarına aydınlıq gələcək.

Atletika, gimnastika, həndbol, tennis, voleybol və cüdo üzrə komanda yarışlarından sonra Maribor-2023-ün bağlanış mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları da müəyyənləşib. Bu vəzifəni EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov yerinə yetirəcək.

 

Qeyd edək ki, XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

 

Hazırda komandamızın aktivində 3 qızıl, 2 gümüş və 4 bürünc medal var. Komandamızın heyətində cüdoçular Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal qazanıb.

Aktivində 9 medal olan Azərbaycan komandası hazırda medal sıralamasında 13-cü pillədə qərarlaşıb.

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq