Uşaqlar dini ayinlərə cəlb oluna bilərmi…-araşdırma

12:03 07-08-2023 | icon 191 | Cəmiyyət
Uşaqlar dini ayinlərə cəlb oluna bilərmi…-araşdırma

 

 

Uşaqların düzgün tərbiyəsi, sağlam gələcəyin, sağlam cəmiyyətin əsası, sosial inkişafın təminatıdır. Uşaq şəxsiyyətinin düzgün formalaşması, cəmiyyətə yararlı, faydalı ola bilməsi təbii ki, böyüklərin ailədən başlayarq verə bildiyi  tərbiyə, davranış, münsibətlərə bağlıdır.

 

İnsanın ailədən cəmiyyətə adaptasiya prosesində hansı psixoloji, ruhi qida ilə gücləmdirilməsi, ailədə hansı münasibətlə əhatə olunması hansı bilgilərlə, hansı dəyərlərlə əhatə olunmasından asılıdır. Eləcə də milli-mənəvi, dini-ruhi dəyərlərin düzgün təşviqi də uşağın formalaşmasında ayrıca götürülə bilməz. Bir çox hallarda dinimizin -islamın uşaqları tərbiyəsi ilə bağlı buyurduqları yanlış şəkildə, ifrata varılaraq tətbiq edilir. Heç şübhəsiz ki, bütün ailələrin üzvləri hamısı dini təhsil almır və bununla yanaşı hər bir insan öz dini etiqadının mahiyyətini, fəlsəfəsini anlamalıdır. Azyaşlı uşaqların bunu kimdən və hardan öyrənəcəyi məsələsi birmənalı olmamaqla yanaşı, düşündürücü məsələdir.

 

Son zamanlar, xüsusən də məhərrəmlik aylarında azyaşlı uşaqların “dini ayinlərə” cəlb edilməsi diqqət çəkir. İstər-istəməz suallar yaranır: Azyaşlılar dini ayinlərdən hansı halda kənar tutulmalıdır; necə edilməlidir ki, "müsəmanam"- deyən insan öz milli, mənəvi,ruhi dəyərləri, dini etiqadı ilə bağlı sağlam bilikləri öyrənsin, düzgün təşviq edilsin.  Azyaşlılar dini ayınlərin keçirilməsinə cəlb edilirsə, bu, dini maarifləndirmə, dinimizi öyrətmək, uşaqlarda dini təsəvvürlər yaratmaq baxımından nə dərəcədə əhəmiyyəti hesab edilə bilər. Bu gün cəmiyyət, toplum olaraq dinimizin fəlsəfəsini nə dərəcədə doğru qavrayir, nə dərəcədə onun tələblərinə uyuruq?..

 

Versus.az xəbər verir ki, məsələyə ekspertlərin təhlilləri əsasında aydılıq gətirilib.

 

 

“Gənclərin dini mərasimlərə cəlb edilməsi yolverilməzdir

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə, dinimzə əsasən gənclərin dini mərasimlərə cəlb edilməsi yolverilməzdir. Onun fikrincə, azyaşlıların gərəksiz dini ayinlərə qatılmasının qarşısının alınması üçün dini maarifləndirmə və təbliğat işlərinin aparılmasına ehtiyac var.

 

“Azyaşlı uşaqlar dini ayinlərlə bağlı prosesdə iştirak etməməlidirlər. Əgər bu gün belə halları görürüksə, deməli geniş maarifləndirmə işinin aparılmasına, gənclərin sağlam dini biliklərə yiyələnməsi üçün addımların atılmasına zərurət var. Uşaqlarla dini maarifləndirmə işinə orta məktəblərdən başlanmalıdır. Çünki, biz uşaqlara dinlə bağlı bilgilər vermədikcə kənar mənbələrdən, doğru olmayan istiqamətlərdən yanlış bilgilər alacaqlar. Bu da sağlam dinə qarşı əks çıxışları yaradır”.

 

C.Məmmədov hesab edir ki, ilk baxışdan sadə, təhlükəsiz görünən bu məsələ, əslində çox ciddi, diqqətli yanaşmanı tələb edir.

 

“Hər kəs bu məsələdə diqqətli olmalıdır. Azayaşlıların keçirilən dini mərasimlərə cəlb olunmasında ailələrin  üzərinə böyük məsuliyyət düşür. Söhbət ondan getmir ki, biz dinimizlə bağlı, ayinlərimizlə bağlı azyaşlılara  heç bir məlumat, heç bir bilik verməli deyilik. Xeyir, biz ilk yaşlarından gənclərə adətlərimizlə bağlı müəyyən bilgiləri və məlumatları mütləq  şəkildə verməliyik. Əlbəttə ki, böyüklər, valideynlər özləri də dinlə bağlı davranışına diqqət yetirməlidirlər.  Dinimizin də tövsiyəsi, yanaşması odur ki, gəncləri düzgün məlumatlandırmalı, onlara düzgün bilgiləri verməliyik. Bir daha qeyd edirəm: burda söhbət qadağadan getmir”.

 

C.Məmmədov qeyd edib ki, uşaqlara dini bigilər verməklə yanaşı, yeniyetmlər dini mərasimlərə bu yaxınlarda müşahidə olunan formada “zəncir vurmalara” cəlb olunmamalıdır.  Onlara “din nə istyir, dinə yanaşmamız necə olmalıdır, insanlarla münasibətimiz necə olmalıdır” məsələlərini düzgün aşılamaq üçün imkan yaradılmalı, düzgün maarifləndirilməlidirlər.

 

“Qurbanlıq” xarakteri ilə formalaşan uşaq gələcəkdə sağlam, yaradıcı təfəkkürə sahib ola bilməz”.

 

 

Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi üzrə fəlsəfə doktoru Elüsal Məmmədov azyaşlı uşaqların dini mərasimlərdə iştirakının onların inanc üzrə tərbiyəsi baxımından əhəmiyyətli olduğunu deyib. Onun fikrincə, hər bir əməl uşaqlara  kiçik yaşlarından aşılanmalıdır. Və o ayinlər, o mərasimlər ki, özündə uşaq xarakterini mənfi istiamətdə formalaşdıracaq elementlər ehtiva edir, uşaqların bu cür mərasim və ayinlərdən uzaq tutulması məqsədəuyğundur. 

 

“Uşaqlar hər hansı mərasimdə və yaxud ayində iştirak edərkən, bu onlarda qorxu, təşviş, hansısa qrupa nifrət hissi aşılamamalıdır. Uşaqları bu cür dağıdıcı, nifrət elementləri ilə yükləmək doğru deyil”.

 

E,Məmmədov bu məsələdə valideynlərin öhtəsinə böyük məsuliyyət düşdüyünü deyib. Onun sözlərinə görə, uşaqlara kiçik yaşlarından dini təbiyəni verəcək ən yaxşı tərəf valideyndir”.

 

“Valideynlər dini düzgün başa düşməli, mərasim və ayinləri  düzgün qiymətləndirməlidirlər. Ola bilsin ki, o ayinlər böyüklərin xarakterinə münasibdir, amma uşaqlar üçün münasib olmaya bilər.

Əlbətə ki, valideynin dinə, inanca, uşaq tərbiyəsinə baxışı, mühümdür. Valideynlər bu məsələdə müəyyən şərtlərə cavab verirlərsə, biz uşaqların dini tərbiyəsində  düzgün xarakterin formalaşmasından danışa bilərik. Yox əgər valideynin özünün ayinlərə, mərasimlərə baxışında probem mövcuddursa, uşaq tərbiyəsinin sadə qaydalarından, uşaq xarakterinin formalaşması qaydasından xəbəri yoxdursa, burda məsələ bir qədər qəlizləşir”.

 

E.Məmmədov eyni zamanda bildirib ki, əgər biz uşaqlarımızı müsəlman kimi böyütmək istəyiriksə onları təbii ki, özümüzlə müxtəlif ayinlərə, mərasimlərə aparmalıyıq. Məsələn, uşaqlara namaz şüurunu aşılamaq istəyiriksə, onları Məscidərə Cümə, Camaat namazlarına aparırıq. 

Onun fikrincə, burda Məhərrəmlik mərasimləri də istisna deyil. Belə ki, ilahiyyatçı əgər  Məhərrəmlik mərasimləri sağlam dini qaydalara uyğun keçirilirsə, orda bədənə fiziki zərər yetirmə yoxdursa, hansısa qrupa qarşı mənfi çağırışlar səslənmirsə. orda da uşaqların iştirak etməsində qəbahət görmədiyini deyib.

 

“Amma məhərrəmlik mərasimlərinə kifayət qədər dağıdıcı elementlər daxil olub. Məsələn, bədənə fiziki zərərin yetirilməsi, o cümldən başqa qruplara, hansısa məzhəbə qarşı nifrət dolu şüarların səslənməsi halları var. Elə edilməlidir ki, bu mərasimlər uşaqarda mənfi, neqatif xarakter, hansısa qrupa inamsızlıq formaşdırmasın. Uşaqlar həm sevməyi, həm də sevdirməyi bacarmalıdırlar. Təəssüflər olsun ki, bəzən Məhərrəmlik mərasimləri  elə formatda keçirilir ki, orda sevgidən çox nifrət aşılanır, insanlara qurban olma təfəkkürü yeridilir.  “Qurbanlıq” xarakteri ilə formalaşan uşaq gələcəkdə sağlam, yaradıcı təfkkürə sahib ola bilməz”. 

 

“Uşaqların həmin masimlərə təşviq olmasına  qəti yol vermək olmaz" 

 İlahiyyatçı Tural İrfan bildirib ki, əslində şəriət baxımından azyaşlıların dini ayinlərə cəlb olunmasına  heç bir qadağa yoxdur. Əksinə, uşaqların da dini etiqada, inanca təşviq edilməsi tövsiyə olunur. İslam dininə görə uşaqlar həddibuluğa çatandan sonra onlara dini ayinlərdə iştirak etməlidir. Ancaq bu uşaqların düzgün təlim -tərbiyəsinə heç bir maneəçilik törətməməlidir.  

 

T.İrfan son vaxtlar Məhərrəmlik ayinlərinə uşaqların cəlb edilməsini qətiyətlə yolverilməz hesab edib. İlahiyyatçı, bildirib ki, əslində Məhərrəmlik ayinləri islam dininə aid deyil. İslam dinində “ayinlər”- deyərkən, əsasən Namaz, Oruc nəzərdə tutulur.

 

“Uşaqların dini ayinlərə cəlb edilməsi qəti qadağan olunmalıdır. Xüsusilə də Məhərrəmlik ayında keçirilən ayinlərin islam dininə aidiyyatı yoxdur. Məhərrəmlikdə təşkil olunan qondarma mərasimlərin heç biri islam  dininə aid olmadığına görə də uşaqların həmin masimlərə təşviq olmasına  qəti yol vermək olmaz.  Biz türk ənənələrini yaşatmalıyıq. İmam Hüseyn davamçıları Şəhidlər Xiyabanında yatanlardır”.

 

İlahiyyatçı qeyd edib ki, qanunlarımız bu kimi məsələlərə humanist yanaşıb qadağalar qoymasa da, müəyyən baxışlar, adət-ənənələr var ki, ona düzgün əməl olunmalıdır.

“Azərbaycanın hüquqi, dünyəvi dövlətdir və ölkəmizdə müxtəlif dinlərin, məzhəblər var. Heç şübhəsiz ki, dini ayinlər yalnz bir dinin -islamın mənsubları tərəfindən keçirilmir. Ölkəmizdə mövcud olan fərqli məzhəblərin, ənənəvi dinlərin tərəfdarları müxtəlif mövsümlərdə, müxtəlif vaxtlarda dini ayinlər keçirirlər.  “Azyaşlıların dini ayinlərə qatılması düzgün sayılmır” -dedikdə, ayri-ayri dini etiqadı olanlar da nəzərdə tutulur”.

 

İlahiyyatçı hesab edir ki, əgər insan evdə namaz qılırsa, onun Camaat Namazına getməsi o qədər vacib deyil. Bircə həftədə bir dəfə olan Cümə Namazı vacibdir ki, orda da  həddibuluğa çatmış insanlar iştirak edə bilər.

 

T.İrfan eyni zamanda bildirib ki, uşaqların maariflənməsi, öz dinlərini, milli mənəvi dəyərlərini öyrənməsi tələbi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən də səslənib və orta məktəblərdə maarifləndirmə tipli dərslərin, əlavə məşğələlərin keçirlməsinin vacibliyi qeyd olunub.

 

“Məktəblərdə dini dərslər verilməsə də, elə bir proqram işlənməlidir ki, yeniyetmələr oradan öyrənsinlər. Uşaqlar bilməlidir ki, dinimiz dövlət atributlarımızda var, ölkə prezidenti seçilərkən Konstitusiya ilə yanaşı, Qurana da əlini basır. Bizm tarixi köklərimiz islamla bağlıdır. İsam dininin özəllikləri, mahiyyəti haqqında 11 il oxumuş uşağa məlumat verməmək və yaxud kitabın hansısa küncündə ötəri məlumat vermək yanlışdır. Bu insanın fitri, din ehtiyacıdır. Bizim xalqımz öz dininə bağlıdır”.

 

T.İrfan qeyd edib ki, dini maarifləndirmə olmayanda insanlar onu yanlış yerlərdən öyrənirlər. Onun fikrincə, bu gün ölkədə baş verən xurafatçılığın, radikalizmin 80 faizi orta məktəblərdə dini maarifləndirmənin olmaması ilə bağlıdır.

 

“Mən “din ayrıca dərs kimi tədris olunsun”-demirəm, bu dünyəvi dövlət olaraq düzgün deyil. Eyni zamanda Azəraycanda İsam Modeli formalaşmadığı üçün onun proqram şəkilində dərsliklərə salınması da mümkün deyil. Üstəlik məktəblərdə dərs verə biləcək kadrlar da hazır deyil. Bu baxımdan dinin tədris olunmasına ehtiyac görmürəm. Amma maarifləndirmə olmalıdır. Bunun üçün Dini Komitə, Elmlər Akademiyası, ilahiyyatçılarla bir yerdə məzhəbçilikdən, dini ayrı seçkilikdən uzaq, radikalizmə, xurafatçılığa qarşı elementlərin yer aldığı bir maarifləndirmə vəsaiti hazırlamalıdır.  Bizim yeniyetlmər bilməlidir ki, dinin özəyi nədir, dinə xələl gətirən  zərbə vuran məsələlər, xarici təsirlər nədən ibarətdir.  Bu olmasa, bizim gənclər gedib sinəsinə zəncir vurub, yallı gedənlərin dəstəsinə qoşulacaqlar, “ya Hüseyn, vay Hüseyn” -deyəcəklər. Hüseynin nə vaxt doğulub, nə vaxt getdiyni bilmədən, cahil, İranın arzu etdiyi topluma çevriləcəklər. Və yaxud, gələcəkdə şalvarı gödək, saqqalı uzun Vəhhabi təşkilatına qovuşub ata-anasına “kafir”, “ o olmaz, bu olmaz” deyəcəklər. Yaxud, xaricdə iranlıların təsiri altına düşüb, gəlib öz dövlətinə qarşı cəsusluq edəcəklər. Ona görə də dini “Allahın ümidinə” buraxmaq olmaz. Çünki dində olan boşluqlar maraqlı dairələrin ondan istifadə etməsi üçün şərait yaradır. Nurçu, Sələfi Vahhabi cərəyanları,  hamısı siyasətə bükülüdür.  Çünki islam dinundə təriqətçilik, məzhəbçilik yoxdur. Kim ki, ölkədə təriqət, məzhəb adından çxış edir, onun islam dinindən əsla xəbri yoxdur. Çünki islamın ideyası, əsas xətti parçalanmanın, təfqiqənin əleyhinədir”.

 

Hazırda Azərbaycanda islam dininin təbliğinə diqqət aparıldığını vurğulayan ilahiyyatçı, vaxtilə bu sahədə olan boşluqların bu gün öz mənfi təsirini göstərdiyini qeyd edib. Onun sözlərinə görə, vaxtilə xarici dairələrin təsirinə düşmüş xurafatçı, radikal, mövhumatçı şəxslər bu gün də həmin nizamı pozmağa çalışır. Ona görə də uşaqların dini maarifləndirilməsinə ehtiyac var. (Həftə iç)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”