Ermənistandan BMT-yə GÜLÜNC MÜRACİƏT

12:41 17-08-2023 | icon 335 | Geopolitika
Ermənistandan BMT-yə GÜLÜNC MÜRACİƏT

Fuad Əliyev: "BMT-nin nüfuzu olsaydı məlum 4 qətnaməni həyata keçirərdi"

 

“Ermənistanın BMT-yə müraciəti çox gülüncdir. BMT çoxdan öz nüfuzunu itirib”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, əgər BMT öz nüfuzunu hiss etsəydi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni həyata keçirərdi:

 

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çox professional çıxışı ilə ermənilərin yalanlarını ifşa etdi. Ümumiyyətlə, Ermənistanın BMT-yə müraciəti çox gülüncdir. BMT çoxdan öz nüfuzunu itirib. Özünə hörmət edən beynəlxalq təşkilat məlum  4 qətnaməni uzun illər kağız üzərində saxlamazdı, həll edərdi. Azərbaycan əsgəri bütün dünyaya göstərdi ki, həll olunmayan, “dondurulmuş” məsələlər yoxdur. Ədaləti Azərbaycan əsgəri bərqırar etdi. Bundan sonra da belə olacaq. Ermənilər və onların havadarları birdəfəlik başa düşməlidirlər ki, əgər bizimlə sülhdə yaşamaq istəyirlərsə, bunun bir yolu var. Azərbaycanın Qarabağ bölqəsində yaşayan ermənilər, Azərbaycan vətəndaşlığı qəbul etməlidirlər, Ermənistan isə torpaq və digər iddialardan əl çəkməlidir. Sülh üçün bundan başqa yol yoxdur”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ