“Azərişıq” Ağdamda yenidənqurma işləri həyata keçirir

14:32 29-08-2023 | icon 277 | İqtisadiyyat
“Azərişıq” Ağdamda yenidənqurma işləri həyata keçirir

“Azərişıq” ASC Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Ağdam rayonunda yenidənqurma işləri həyata keçirir.

 

Bu barədə qurumdan bildirilib.

 

Məlumata görə, rayonun mərkəzinin elektrik təchizatı üçün 35 kV-luq hər birinin gücü 4x2500 kVA olan iki ədəd transformator yarımstansiyasının tikintisi başa çatıb. Əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilişi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə 35 kV-luq elektrik xətlərinin çəkilişi isə yaxın müddət ərzində başlanacaq.

 

“Ağdam şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli qoyulub, tikintisinə başlanılıb. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Təlim-Tədris Mərkəzində isə yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə işlərin gedişinə və elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib”, - deyə məlumatda vurğulanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA