Yekaterinburq rəhbərliyindən xoş olmayan davranış

19:09 30-08-2023 | icon 407 | Geopolitika
Yekaterinburq rəhbərliyindən xoş olmayan davranış

Aydın Quliyev: “Bu, Azərbaycanın daxilində etnik qarşıdurma yaratmaq niyyətindən xəbər verir”

 

 “Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çevrilmiş "talış muğan respublikası" mövzusunun yenidən aktuallaşdırılması  Azərbaycana xoş olmayan münasibətin göstəricisidir. Bu, birbaşa Azərbaycan-Rusiya münasibətlərinə qarşı çevrilib”.

 

Bunu versus.az-a siyasi ekspert Aydın Quliyev Rusiyada guya Azərbaycanda 30 il əvvəl yaradılan məlum “respublika” cəfəngiyyatı və buna qarşı görüləcək təxirəsalınmaz tədbirlərlə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev “talış-muğan respublikası” mövzusunun ortaya atılmasının  Azərbaycanın dövlət mənafelərnə, milli təhlükəsziliyinə və ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu deyib:

 

“Bu, ölkəmizdə yaşayan müxtəif xalqlar və millətlər arasında yaranmış həmrəylik və harmoniyanı hədəfləyib, Azərbaycanın daxilində etnik qarşıdurma yaratmaq, düşmənçilik niyyətindən xəbər verir”.

 

A.Quliyev bildirib ki, 20-25 il əvvəl Azərbaycanın bəlli bir bölgəsində yaşayan sadə insanların - talış xalqının iradəsinə əks olaraq bir qrup separatçının ortalığa atdığı və darmadağın edilərək tarixin zibilliyinə atılmış bir hərəkatın xatirəsinin yenidən dirçəldilməsi Yekaterinburq şəhərinin timsalında olduqca pis bir nümunədir və eyni zamanda dövlətlərin strateji tərəfdaşıq münasibətlərini tənzimləyən 2022-ci il sazişinin ruhuna  ziddir:

 

"Bu tədbirdə Yekaterinburq şəhər hakimiyyətinin müxtəlif rəhbər şəxslərinin də iştirak etməsi bağışlanmaz haldır. Ekspert hesab edir ki, Rusiyanın hakimiyyət orqanları bundan lazımi nəticə çıxartmalıdırlar. Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı notasına ciddi yanaşılmalı və qısa zamanda buna cavab verilməlidir".

 

Ekspert qeyd edib ki, Azərbaycan  Rusiyanın müxtəlif regionları, şəhərləri arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün daim çalışır, müxtəlif humanitar layihələr həyata keçirdir.  Bunun qarşılığında Rusiyanın bəzi bölgələrindən xeyirxaq jestlərin şahidi olsaq da, Yekaterinburq vilayətinin rəhbərliyi tərəfindən xoş olmayan və Azərbaycann dosluq münasibətlərinə analoji olmayan davranışlarını da gördük:

 

“Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasına strateji tərəfdaşlıqla bağlı 2022-ci ildə imzalanmış sənəd var və həmin sənədin əsas tələblərindən biri ondan ibarətdir ki, hər iki ölkə öz daxilində  bir-birinə qarşı çevrilmiş separatçı addımların, cəhdlərin qarşısı almalı, heç bir ölkə öz ərazilərində müttəfiqinə qarşı separatçı addımlara rəvac verməməli, buna şərait yaratmamalıdır. Eləcə də tərəflər bir-birinin milli maraqlarına uyğun olaraq informasiya təhlükəsziliyi sahəsində əməkdaşlıq öhtəliyi götürüblər. Amma Rusiyanın regional və yerli hakimiyyət orqanları yaxın tarixdə bizə qarşı cinayət törətmiş şəxsləri Azərbaycana təhvil vermək əvəzinə, ərazisində onlara sığınacaq verib fəaliyyətlərinə davam etmələri üçün imkan yaradıblar. Ona görə də bu hadisə Azərbaycanda haqlı narazılığa səbəb olub və Azərbaycan cəmiyyəti və siyasi ekspert dairələri bunu ciddi şəkildə ittiham edir”.

 

Ekspert Rusiyanın regional və mərkəzi hakimiyyət orqanlarından  Azərbaycanın təhlükəsziliyinə və vahidliyinə hörmətlə yanaşaraq ərazi bütövlüyümüzə və milli həmrəyliyimizə qarşı  yönəlmiş bu cür hərəkətlərin təşkilatçılarının məsuliyyətə cəlb olunması ilə bağlı gözləntilərini xüsusilə vurğulayıb.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ