Əməkdar artistin xatirə gecəsi keçiriləcək

18:05 15-09-2023 | icon 273 | Mədəniyyət
Əməkdar artistin xatirə gecəsi keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 16-da saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək.

 

Nazirlikdən verilən xəbərə görə, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak edəcəyi tədbirdə Elxan Qasımov haqqında video-çarx nümayiş olunacaq, sənət yoldaşları E.Qasımovun həyat və yaradıcılığı ilə bağlı fikirlərini və xatirələrini bölüşəcəklər.

 

Qeyd edək ki, Elxan Qasımov 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq, 1973-1978-ci illərdə isə Leninqrad DTMKİ-nun Rejissorluq fakültəsində təhsil alıb.

 

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan və “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan E.Qasımov “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və s. bədii və sənədli filmlərin rejissoru olub.

 

2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına layiq görülən E.Qasımov 29 may 2023-cü ildə Bakıda vəfat edib.

 

Tədbirə giriş sərbəstdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”