Azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlandığı YERLƏR

14:18 18-09-2023 | icon 207 | Qarabağ
Azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlandığı YERLƏR

“Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində 9, Şuşa şəhərindəki həbsxana ərazisində 31 şəxsə aid olmaqla ən azı 107 şəxsə aid meyit qalıqları aşkar olunub”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM