ermənilər reinteqrasiyaya hazırdırmı...

11:49 22-09-2023 | icon 282 | Qarabağ
ermənilər reinteqrasiyaya hazırdırmı...

 

 

“Reinteqrasiya müəyyən vaxt tələb edən bir prosesdir. Amma Müzəfər Ali  Baş Komandanımız əgər  sentyabrın 20-də öz xalqına "Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir", -dedisə, demək ki, oyun doğrudan da bitib”.

 

Bunu Versus.-az-a deputat Sahib Alıyev antiterror əməliyyatından sonra danışıqlara gətirilən ermənilərin reinteqrasiyaya nə dərəcədə hazır olması və sonrakı proseslərin hansı istiqamətdə inkişafı ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Yevlax görüşünün nəticələri təqribən bəllidi, Xankəndidən təşrif gətirənlərin reallığı anladıqları hiss olunur. Amma yəqin "sürpriz"siz də ötüşülməyəcək”.

 

“İndi Qarabağdakı hayların sentaybrın 21-də Yevlağa gətirilmələrinin rəmzliyi ondadır ki, Paşinyan bu məsələdə ciddidirsə, Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalı, torpaq iddiasından əl çəkməlidir. İkinci bir tərəfdən, Paşinyan bir dövlətin boyunduruğundan qurtarıb başqasının forpostu olmağa cəhd etməməlidır. Amma Ermənistan hələlik əksinə davranır. Ümid edirik ki, onlar Azərbacan Prezidenti cənab İlham Əliyevin özləri üçün böyük lütf olan dünənki çağırışından, alicənab davranışından düzgün nəticə çıxaracaq, kimlərinsə diqtəsinə uymadan ikitərəfli sülh danışıqlarına başlayacaqlar. Top indi Ermənistandadır”.

 

 

S.Alıyev Qarabağdakı "miatsumçu"lar  məhz sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalandığı gündə ağ bayraq qaldırmasının böyük məna daşıdığını qeyd edib.

 

““Əsrin müqaviləsi”, Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı neft strategiyası olmasaydı,  bizim öz torpaqlarımızı işağaldan azad etməmiz böyük müşkülə çevriləcəkdi.  Xankəndidəki hərbi xunta ağ bayraq qaldıran gün Prezident İlham Əliyev “Əsrin müqaviləsi”ndə ən böyük pay sahibi və operatoru olan BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landla görüşürdü. Heç şübhəsiz ki, Böyük Britaniyanın 44 günlük savaş zamanı Fransa kimi bəzi qərb dövlətlərindən, o sıradan çox yaxın tərəfdaşından fərqli davranmasının arxasında BP-nin Azərbaycanla sıx əməkdaşlığı az rol oynamadı.   Orasını da deyək ki,  “Əsrin müqaviləsi” olmasaydı, açığı müstəqilliyimizin özü indi sual altında idi. Necəki işğalçı Ermənistanda belədir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM