Ermənistanı bataqlığa sürükləyən ABŞ...

08:54 25-09-2023 | icon 384 | Siyasət
Ermənistanı bataqlığa sürükləyən ABŞ...

Fuad Əliyev: "Ermənistan illərdir “blef” etsə də, Qarabağ problemi həllini tapıb"

 

“Ermənistan uzun illər “blef” etdi və nəticədə müharibəni uduzdu. Bu nə Ermənistan hakimiyyətinin, nə də erməni xalqının maraqlarına uyğun idi. Müharibə olmasaydı, sülh yolu ilə daha böyük nəticələr əldə edilə bilərdi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında eks-prezidentliyə namizəd, siyasi ekspert Fuad Əliyev deyib.

 

F.Əliyev bildirib ki, Paşinyanın arxasında duranlar onu hakimiyyətdə saxlamağa çalışırlar:

 

"Paşinyan hakimiyyətə gələndən sonra amerikalılar Ermənistanda bütün güc strukturlarını dəyişdilər. Amma Gürcüstan və Ukraynada olduğu kimi, Ermənistanla da səhv hesabladılar. ABŞ Ermənistanı bataqlığa və xaosa sürüklədi. Gürcüstanda vəziyyət hələ də hansısa şəkildə sabit qalırsa, o zaman biz hamımız Ukraynada vəziyyətin necə inkişaf etdiyini görürük. Müharibə başlayanda ABŞ və Qərb Ukraynanı fəal şəkildə dəstəkləyibsə, sonra son aylarda uğursuz əks-hücum nəticəsində bu fəallıq səngiyir. Ukrayna ilə Polşa arasında isə artıq fikir ayrılıqları yaranıb. Bütün Qərb ölkələrində Ukraynaya yardıma etiraz olaraq mitinqlər keçirilir. Hətta ABŞ-da Konqresdə -“Ukrayna ABŞ-ın yeni ştatıdırmı” sualını verirlər".

 

Fuad Əliyev hesab edir ki, gələcəkdə Orta Asiya respublikalarında bu problemlər yarana bilər:

 

“Yeri gəlmişkən, amerikalılar indi Mərkəzi Asiya respublikaları ilə sıx əməkdaşlıq etməyə başlayıblar. BMT-nin son sessiyasında Bayden Mərkəzi Asiya ölkələri prezidentləri ilə görüş keçirib və əməkdaşlıq üçün təkliflər paketini təqdim edib. Hesab edirəm ki, Mərkəzi Asiya respublikaları ABŞ-la daha sıx əməkdaşlığa razı olsalar, o zaman bu respublikalarda xaos qaçılmaz olacaq. ABŞ-da “tərəfdaş ölkələr” anlayışı yoxdur. Onlar yalnız öz maraqlarından çıxış edirlər, başqa ölkələrin, hətta tərəfdaş, NATO-ya daxil olan ölkələrin də maraqları onları az maraqlandırır”.

 

Fuad Əliyevin sözlərinə görə, Ermənistan bütün bu illər ərzində “blef” etsə də, Qarabağ problemi həllini tapıb:

 

“Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağ Azərbaycan xalqı tərəfindən azad edilib. Buna görə də problem həll olundu. Amma ermənilərin problemi, hansısa “müqəddəs imperiya” iddiaları məncə, illər keçdikcə unudulacaq. Bu, ilk növbədə erməni xalqının maraqlarına uyğundur. Ermənilər bu “mifi” nə qədər tez unutsalar, Azərbaycan, Türkiyə və digər dövlətlərlə mehriban qonşuluq, dinc, qarşılıqlı faydalı münasibətlər bir o qədər tez yaranar”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Yeni ixtisaslarla bağlı MEYARLAR

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ