"44 günlük müharibə, 1 günlük antiterror əməliyyat dərs olmadısa..."

11:03 13-10-2023 | icon 467 | Siyasət
"44 günlük müharibə, 1 günlük antiterror əməliyyat dərs olmadısa..."

Könül İsmayılova: “Ermənistan sülhə gəlməyəcəksə, bədəlini ödəyəcək”

 

“MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları Azərbaycan reallıqlarını şəxsən cənab Prezidentin dilindən eşitdilər. Azərbaycan Prezidenti öncə ölkəmizin MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verdiyini qeyd edərək, bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcud olduğunu vurğulayıb. Daha sonra regionda mövcud durumdan, Azərbaycana sərgilənən təhdidlərdən, bütün bunların fonunda sülhün tərəfdarı olmağımızdan danışdı”.

 

Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışını versus.az-a şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirdi ki, bu gün ümumiyyətlə bütün beynəlxalq təşkilatların tədbirlərində, yüksək ali kürsülərdə diqqət mərkəzində Azərbacanın bu günü durur:

 

“30 il az müddət deyil. Bu illər ərzində Azərbaycan dünyada məğlub ölkə kimi tanınıb. Heç bir dövlət inanmazdı ki, Ermənistanın Azərbaycan üzərində 30 illik işğalçılıq siyasətini 44 günə bitirə bilərdik. Hesab edirəm ki, indi bütün ölkə rəhbərləri məhz bu qələbəmizdən sonra Prezidentimizin çıxışlarını nəinki diqqətlə, hətta heyranlıqla dinləyirlər. Düzdür, Fransa kimi ermənidən çox erməni olan bir ölkə və digər ermənipərəst qüvvələr bu uğurlarımızı həzm edə bilmir və gücləri özlərinə xas olan təhdidlərə çatır, amma Azərbaycan bu cür təhdidləri çoxdan yenib”.

 

Prezident İlham Əliyevin apardığı siyasətin sayəsində indi daxildə təhdidlərin qalmadığını, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu vurğulayan K.İsmayılova sülhə nail olmağın yaxınlaşdığını dedi:

 

“Cənab Prezident özü də çıxışında bildirdi ki, regiondakı hazırki durum bunun üçün imkanlar yaradır. İndi qalır Cənubi Qafqazın sovetləşdirilməsindən sonra yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti terminin birdəfəlik silmək. Qarabağ var və bu torpaqlarda ta əzəldən azərbaycanlılar məskunlaşıb. Bu faktı dünya tarixçiləri də araşdırıb. Diqqət edirsinizsə, Qarabağdakı erməni əsilli vətəndaşlarımız da jurnalistlərə açıqlamalarında deyirlər ki, - “Qarabağ Azərbaycanındır, bunu əvvəldən bilirdik”. Yəni biz heç kəsin torpağını işğal etməmişik, öz tarixi torpaqlarımızı işğaldan azad etmişik və bu gün Ermənistanı sülhə dəvət edirik. Əgər 44 günlük müharibə və 1 günlük lokal xarakterli antiterror əməliyyatlarımız Ermənistana dərs olmayacaqsa, sülhə gəlməyəcəklərsə bədəlini ödəyəcəklər. Azərbaycan Prezidenti də hər dəfə olduğu kimi bu dəfə də çıxışında bəyan etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır. Ermənistan bacarırsa, sülhə buyursun”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR