İtkin düşmüş şəxslərlə bağlı FİLM

19:01 17-10-2023 | icon 632 | Film
İtkin düşmüş şəxslərlə bağlı FİLM

İtkin düşmüş şəxslərlə bağlı çəkilən “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində təşkil olunan təqdimatda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə yer almış şəxslər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

 

Qısametrajlı bədii-sənədli film Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə atılmış Şuşa sakini, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı itkin düşmüş, hələ də taleyindən heç bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu Bağırovun təsirli həyat hekayəsindən bəhs edir.

 

Filmdə əsas qəhrəman obrazı roluna Nəsir Bağırovun doğma nəvəsi və itkin babasının adını daşıyan məktəbli - 167 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Nəsir Bağırov çəkilib.

 

Filmin ssenari müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, quruluşçu rejissoru Xəyyam Abdullazadədir.

 

Film Qarabağ müharibəsində itkin düşmüş minlərlə Azərbaycan vətəndaşına həsr edilib. Film xarici auditoriyada da nümayiş üçün ingilis dilində alt yazılarla hazırlanıb. 

 

İctimai baxışdan sonra tanınmış ictimai xadimlər, müxtəlif QHT təmsilçiləri ekran işi ilə əlaqədar fikirlərini bölüşüblər, müəllif sualları cavablandırıb.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi itkin düşmüş şəxslər mövzusunda uğurlu layihələrin dəstəklənməsi işini bundan sonra da davam etdirəcək. Agentlik 2024-cü il üçün elan etdiyi müsabiqələrdə əsas istiqamətlərdən biri kimi itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair layihə təkliflərinə üstünlük verəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA