“Qadına qısqanc yanaşmalar yumşalıb”

14:41 22-10-2023 | icon 522 | Cəmiyyət
“Qadına qısqanc yanaşmalar yumşalıb”

Könül İsmayılova: “Bu gün qadına qarşı yönəlik o steriotiplər artıq qismən silinib”

 

“Ailəni dövlətlə müqayisə etsək, orada da hər bir vəzifələr demokratik əsaslara uyğun bölünür. Ailəni quran hər iki fərdin öz vəzifələri var, lakin əlahiddə vəzifələr qadının öhdəsindədir”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı açıqlamasında bildirib:

 

“Çox vaxt cəmiyyətdə qadının söz demək, qərar vermək hüququna malik olmadığı, onun kişi danışarkən susmalı olduğu, qərar verməyə ixtiyarının çatmadığı iddia edilir. Cəmiyyət zərif qadının idarəçi qismində görünməsini qəbul etmir. Bu məsələ yaranışdan bu günə qədər qədim dünyanın, hətta sivil cəmiyyətlərin müzakirəsində, həyat sistemində olan və çözə bilmədiyi mürəkkəb bir ideoloji məsələ kimi açıq qalır”.

 

Könül xanımın sözlərinə görə, əminliklə demək olar ki, müasir insanın dünyaya baxışı, təbiət reallıqlarını aydın təfəkkürü ilə qavramağa başlaması bəzi nüanslarda qadına qısqanc yanaşmaları yumşalda bilib:

 

“Bu gün qadına qarşı yönəlik o steriotiplər artıq qismən silinmiş sayılır. Demək olar ki, bu gün bu cür düşüncələrə qismən rast gəlinməkdədir.

Bu gün Bütöv Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu yüksək qiymətləndirmənin bariz nümunəsini 19 oktyabr 2023-cü il tarixində Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadını bir araya gətirməsində görmək olar”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dövlət qadın siyasəti ilə bağlı məruzəsunə diqqət çəkən K.İsmayılova bildirdi ki, Komitənin gördüyü işlər müsbət nəticəsini verir:

 

"Müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25-ci ili daha yadda qalan oldu. Bu da Komitənin tədbiri yüksək səviyyədə təşkil etməsi, başqa ölkələrdən tədbirə dəvət alan rəsmilərin çıxışlarında özünü göstərdi. Ən əsası da Qurultayın Ümummilli lider Heydər Əliyevin 100 illik Yubileyinə təsadüf etməsi xoş oldu. Onu da qeyd edim ki, bu dəfəki Qurultaya Naxçıvandan da rəsmilərin qatılması bir ilk oldu ki, bunu da yüksək dəyərləndirməmək olmur".

 

K.İsmayılova bir qadın siyasətçi xanım kimi belə bir Qurultayda iştirakdan qürur duyduğunu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin zamanla gender bərabərliyinə necə nail olmasının dəyərini vurğulayıb. Siyasətçi xanım hər bir Azərbaycan qadınına bütün işlərində uğurlar arzulayıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM