Xəbərdarlıq edildi

12:52 23-10-2023 | icon 275 | Cəmiyyət
Xəbərdarlıq edildi

Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə olunub.

 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Bildirilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 93 ünvanında yerləşən 1930-cu ilə aid, inventar nömrəsi 3311 olan yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilib:

 

“Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansındadır. TƏBİB-in sifarişi ilə binada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Binaya baxış zamanı müvafiq xəbərdarlıq edilib, binanın dam və mərtəbələrində aparılan yenidənqurma işləri dayandırılıb”.

 

Qeyd edək ki, bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb.

 

Müstəqillik illərində Nadejda Krupskaya adına 5 saylı Doğum Evinin adı dəyişdirilərək Ş.Ələsgərova adına 5 saylı Doğum Evi olub.

 

Konstruktivizmin nümunəsi olan bu binanın görkəmli memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun birgə layihəsi əsasında inşa edildiyi bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM