“Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” 

07:14 25-10-2023 | icon 1678 | Tarix
“Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” 

Soyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda
respublika elmi-praktik konfransı keçirilib.

 

Bu barədə Versus.az-a  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent: Sübhan Talıblı məlumat verib.

 

Bakı Qızlar Universitetinin akt zalında təşkil olunmuş konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film izlənilib.

Giriş nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri ta qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.

Daha sonra Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verildiyini qeyd edərək Kompleksin fəaliyyəti barədə də ətraflı məlumat verib.


Konfransda iştirak edən digər natiqlər - Bakı Qızlar Universitetinin “Tarix” fakedrasısının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent: Əzizağa Ələkbərli - “Heydər Əliyev və Türk dünyası", Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru, Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Cəfərova - " Heydər Əliyevin Azərbaycan ədəbiyyatının öyrənilməsi və təbliğində rolu", AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent: Elnur Kəlbizadə - “Heydər Əliyevin Qafqazdakı münaqişələrə yanaşması", AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev – “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent: Sübhan Talıblı – “Heydər Əliyev və Azərbaycan Respublikasının çoxtərəfli diplomatiyası”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli – : “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin sözçüsü Abutalib Turabov –““Heydər Əliyev və Azərbaycanın mədəniyyət siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir.


Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılar sertifikatlarla təltif olunmuşlar.

 

Günay

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA